Xəbər lenti
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
ABŞ-ın məşhur xəbər portalı “Eurasia Review” Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin Azərbaycan-Ermənistan sərhədlərində baş verən toqquşmayla bağlı məqaləsini yayınlayıb.
"2019-cu il avqustun 5-də fitil yandı, 2020-ci il iyulun 12-də bomba partladı" sərlövhəli məqalənin tərcüməsini Ovqat.com oxucularına təqdim edirik.
Fərid Şəfiyev
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri
Ermənistanla Azərvaycan arasında sonuncunun şimal-qərbində yerləşən Tovuz rayonu istiqamətində baş verən hərbi toqquşmalar tərəflər arasındakı atəşkəs müqaviləsinin nə qədər kövrək olduğunu bir daha ortaya qoyur. Bu, son iki ilin ən şiddətli döyüşləridir. Amma bu hərbi əməliyyatlar əslində, 2019-cu ilin martından cərəyan edən proseslərin nəticəsidir.
İki il əvvəl – 2018-ci ildə Nikol Paşinyanın “məxməri inqilab” nəticəsində hakimiyyətə gəlməsindən sonra bəzi ekspertlərdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda irəliləyişin olacağı ilə bağlı nikbinlik yaranmışdı. Məlum olduğu kimi, 1992-1994-cü illərdə baş vermiş müharibədə Azərbayacan Ermənistana uduzub, nəticədə Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərini işğal edib. Lakin bu münaqişənin kökləri 1988-ci ilin fevralına gedib çıxır... Azərbaycanın Dağlıq Qarabağ regionunda yaşayan erməni millətçiləri bölgənin Ermənistana birləşdirilməsilə bağlı irredentist işğalçı iddiaları hələ Sovet İttifaqının dövründə irəli sürürdü. Sonradan erməni tərəfi Dağlıq Qarabağda yaşayan ermənilərin müqəddəratını təyinetmə hüququndan danışmağa başlayıb.
Münaqişənin sülh yolu ilə həllinə 1992-ci ildən ATƏT-in Minsk qrupu vasitəçilik edir. Ona Fransa, Rusiya və ABŞ həmsədrlik edir. Münaqişənin həmsədrlərinin 2009-ci ildə təklif etdiyi “Madrid prinsipləri” əsasında mərhələli şəkildə həlli nəzərdə tutulurdu. Doğrudur, Ermənistanın əvvəlki rəhbərliyilə danışıqlarda da ciddi irəliləyişlər yox idi. Lakin tərəflər hansısa ideya üzərində çalışırdı.
Lakin 2019-cu ilin martında Ermənistanın baş naziri Nikol Paşinyan danışıqların formatını dəyişmək cəhdlərinə başlayıb. O, Dağlıq Qarabağ regionunda yaşayan erməniləri danışıqlar prosesinə cəlb etmək istəyir. Lakin Yerevanın bu istəyi istər Azərbaycan, istərsə də Minsk qrupunun həmsədrləri tərəfindən rədd edilib. Səbəb kimi isə danışıqlarla bağlı 1992-ci ilin martında qəbul edilmiş prinsiplər göstərilib. ATƏT tərəfindən 1992-ci il martın 24-də və sentyabrın 15-də qəbul edilmiş sənədlərdə göstərilir ki, danışıqlar prosesində irəliləyiş olacağı təqdirdə Dağlıq Qarabağ regionunun erməni və azərbaycanlı icması prosesə qoşula bilər. Buna hətta həmin vaxt ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən belə, izahat verilib.
Nikol Paşinyan danışıqlara son zərbəni Azərbaycanın işğal altındakı ərazilərinə 2019-cu il avqustun 5-də etdiyi səfər zamanı vurub. Söhbət onun “Dağlıq Qarabağ Ermənistandır və nöqtə!” bəyanatından gedir. Bu, əslində, qonşu ölkə ərazisinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə (822 853, 874 və 884) də zidd olaraq, ilhaq olunduğunun bəyanı idi. Eyni zamanda, bu, 1988-ci ilin irredentist işğalçı iddialarına qayıtmaq kimi də qiymətləndirilə bilər. Halbuki, son dövrlərdə erməni millətçiləri belə, belə fikirlər səsləndirməkdən çəkinirlər.
Bir sözlə, Yerevan artıq bir müddətdir həm daxili proseslərdə, həm də danışıqlarda şovinist ritorikadan istifadə etməyə başlamışdı. Bu mənada bir faktı xatırlatmaq yerinə düşər: Paşinyanın baş nazir postunda ilk addımlarından biri oğlunu Azərbaycanın işğal altındakı ərazisinə hərbi xidmətə göndərmək olub... Buna təbii ki, sülhpərvər davranış kimi yanaşmaq olmaz. Yeri gəlmişkən, Ermənistanın müdafiə naziri David Tonoyan 2019-cu il martın 30-da Nyu-Yorkda erməni diasporu qarşısında çıxışı zamanı yeni “müdafiə konsepsiyası”nı bu cür elan edib: “yeni ərazilər uğrunda yeni müharibə”. Üstəlik, nazir bu bəyanatı iki ölkə liderlərinin Vyana görüşündən cəmi bir gün sonra vermişdi.
Beləliklə, 2019-cü ilin yeganə müsbət məqamı təmas xətti boyu itkilərin azalması olub. Lakin danışıqlar prosesində irəliləyiş yoxdursa, bu vəziyyət uzun müddət davam edə bilməz.
Sülh danışıqlarında 2020-ci ildə də nəticə əldə edilməyib. İki ölkənin XİN başçısı arasında bu ilin yanvarında Cenevrədə baş tutmuş görüşdən sonra isə aydın olub ki, Yerevan danışıqları “Madrid prindipləri” əsasında davam etdirmək niyyətində deyil. Ermənistan rəhbərliyi bəyan edib ki, danışıqların bu prinsiplər əsasında aparılmasına keçmiş rejim tərəfindən razılıq verilibmiş...
Bu da son deyil. Nikol Paşinyanın Azərbaycanın işğal altındakı tarixi şəhəri olan Şuşaya 2020-ci il mayın 21-də etdiyi təxribatçı səfər Yerevanla hər hansı kompromisə nail olunmayacağını tam açkara çıxarıb. O, Şuşaya separatçı rejimin yeni rəhbərinin “andiçmə mərasimi”ndə iştirak etmək üçün yollanmışdı. Yeri gəlmişkən, Azərbaycanın bu bölgəsində keçirilmiş qeyri-qanuni seçki də beynəlxalq birlik tərəfindən tanınmayıb.
Son dönəmlərdə Ermənistan Dağlıq Qarabağa Azərbaycanın digər işğal altındakı ərazilərindən üçüncü avtomagistralın çəkiləcəyini də elan edib. Avropa İttifaqının həm Azərbaycan, həm də Ermənistanla əlaqələrinə cavabdeh olan Avropa Parlamentinin deputatları bu plana dərhal etiraz bildiriblər.
Bütün bunlardan sonra sərhədyanı bölgədə 12-13-də baş vermiş hərbi toqquşmalar daha ciddi mənfi nəticələr verə bilərdi. Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan iyulun 13-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinə zəng edərək, təşkilatı Azərbaycana qarşı kollektiv addım atmağa razı salmağa çalışıb. Amma bu hərbi təşkilat 2016-ci ilin aprelində belə, münaqişəyə müdaxilə etməmişdi. Odur ki, onun bu dəfə erməni tərəfinin müraciətinə fərqli cavab verəcəyi az ehtimal olunur. Məsələ ondadır ki, KTMT üzvlərinin əksəriyyəti Azərbaycanla mövcud strateji əlaqələrə böyük önəm verir. Onlar xüsusilə, COVID-19 pandemiyası dövründə Ermənistanın avantürist siyasətini dəstəkləməyəcək.
Bir sözlə, təəssüflə qeyd etmək lazımdır ki, danışıqlar prosesində irəliləyişin əldə edilməsi imkanları tükənib. Nəticədə artıq hadisələrin necə gedəcəyini təxmin etmək çətindir. Hər halda, artıq Cənubi Qafqazın üfüqündə sülh görünmür.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar