Xəbər lenti


Ermənistanda faşizm, nasizm və terrorizmin qəhrəmanlaşdırılması artıq siyasi mədəniyyətə çevrilib. Qaregin Njdenin, nasist cinayətkarlar qədər işlər görən Monte Melkonyanın timsalında məşhur terrorçuların qəhrəmanlaşdırılması onlarda çox aktualdır. Bu proses Serj Sərkisyanın vaxtından başlanılıb və Nikol Paşinyan dönəmində də davam etdirilir. Tarixi həqiqəti təhrif etmək kimi təhlükəli meyilləri hələ də müşahidə edirik.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev deyib.

Onun sözlərinə görə, Ermənistan cəmiyyətində millətçilik şüuru hakimdir:

“Alman faşistlərinə Qaregin Njde ləqəbi ilə xidmət etmiş Qaregin Ter-Arutyunyan “tsexakronizm” nəzəriyyəsinin banisidir, bu isə qatı millətçi, rasist nəzəriyyədir. Təkcə bu fakt yetərlidir ki, etnik təmizləmədən sonra, ölkədə 98 faiz erməni yaşayır. Bu da qatı millətçi nəzəriyyələrin geniş yayılmasına işarədir”.

Fərid Şəfiyevin fikrincə, Paşinyan inqilabçı liberal kimi hakimiyyətə gəlib. Ancaq çıxışlarında Njdeni müdafiə etməsi, Münhen debatlarında kral Tiqrana istinad etməsi göstərir ki, əslində liberal deyil:
“Ermənistanda millətçilik nəzəriyyələri ondan irəli gəlir ki, cəmiyyət “Böyük Ermənistan” ideyasının dalınca gedir. Faktiki olaraq bunu yaratmaq istəyirlər. Ermənistanın özündə yalnız ermənilər qalıb, Dağlıq Qarabağı istila ediblər. İkincisi, faşizmin qəhrəmanlaşdırılması 15 ildir gedir. Lakin Paşinyanın babasının faşistlərin tərəfində döyüşdüyünə dair yayılan sənədlərə ehtiyatla və həssas yanaşmağın tərəfdarıyam. Araşdırmaların nəticələrini və Paşinyanın reaksiyasını gözləyək".



Ana səhifəyə qayıt        Baxış: 3 034          Tarix: 12-05-2020, 20:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma