Xəbər lenti

 

“Diskusiyalar göstərdi ki, Ermənistan hər hansı  substantiv addımlar atmağa hazır deyil”.

Ovqat.com xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan və Ermənistan liderlərinin Münxen debatını şərh edərkən belə deyib və bundan təəssüfləndiyini gizlətməyib.

F.Şəfiyev CBC TV-yə müsahibəsində onu da vurğulayıb ki, son zamanlar beynəlxalq ictimaiyyətin də Ermənistana təzyiqləri açıq şəkildə özünü büruzə verir, bu da rəsmi İrəvanı çətin vəziyyətdə qoyur. Onun fikrincə, Paşinyanın debatda səsləndirdiyi fikirlər beynəlxalq ictimaiyyətdən çox, Ermənistan xalqı üçün nəzərdə tutulub və bu popilist bəyanatlar münaqişənin sülh yoluyla həllinə xidmət etmir.

Münxen debatından əvvəl keçirilən Cenevrə danışıqlarının gərgin keçdiyini bildirən Şəfiyev fikrini belə əsaslandırıb: “Cenevre danışıqları 2 gün keçirildi. Birinci gün 7 saat keçirilib ikinci gün davam etdirilib. Son 25 il ərzində bu cür hallar dəfələrlə təkrarlanıb, Ermənistan əsas məqama çatanda konstruktiv mövqe sərgiləyərək geri çəkilib. Cənab prezident də Münxen debatında bunu səsləndirdi.”   

Danışıqların davam etdirilməsinin vacibliyini vurğulayan F.Şərifov önümüzdəki 6 ayda Ermənistanın substantiv danışıqlara hazır olub-olmadığının anlaşılacağına inanır: “Hesab edirəm ki, Paşinyanın bəzi bəyanatlarının arasında problemin ədalətli həllinə müsbət yönəlmələr hiss olunur. Ola bilər ki, bu müsbət mesajlar Qərb ictimaiyyəti üçün nəzərdə tutulub”.

Paşinyanın özünü “inqilab brendi” kimi göstərməyə çalışdığını vurğulayan BMTM rəhbəri istər Münxendə, istərsə də ondan əvvəl Davosda sərgilədiyi mövqe Azərbaycanın regionda və dünyada nüfuzunun artdığından xəbər verdiyini bildirib.

Video-müsahibəni təqdim edirik:




Ana səhifəyə qayıt        Baxış: 1 734          Tarix: 19-02-2020, 11:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma