Xəbər lenti

 
 
Xəbər verdiyimiz kimi bir neçə gün əvvəl həmkəndlisiylə dalaşdığına görə Yasin adlı vətəndaş çağırıldığı Babək rayon polis idarəsində müəmmalı şəkildə dünyasını dəyişib. Təəccüblü və acınacaqlıdır ki, onun nəşi ailəsinə verilərkən yanmış vəziyyətdə olub. 
 
Ovqat.com-un əldə etdiyi məlumata görə, iki kəndlini üz-üzə gətirən və birinin döyülməsi, digərinin isə polis idarəsində faciəli ölümüylə nəticələnən dalaşma su üstündə çıxıb. 
 
İddia edilir ki, tərəflər bostanda əkdikləri qarpız sahəsini suvarmaq üçün mübahisə edib və biri digərinə bir, yaxud iki sillə artıq vurub. Babək polis idarəsi isə bu “böyük cinayət” hadisəsinə görə qonşusuna iki şillə artıq vurandan 5 min manat “hörmət” istəyib. Tələb olunan bu məbləğ zavallı bostançının birillik qazancından çox olduğundan o,  istəsə belə Babək polisinə öz “hörmət”ini göstərə bilməyib. Nəticədə bu “hörmətsizliy”in əvəzini canıyla ödəyib.                                                                                                                                                                                                                                                                     


Maraqlıdır ki, Araz çayı üzərində yerləşən, üstəlik, Sirab gölündən kanal vasitəsilə su çəkilən kənddə sürəkli su problemi yaşanır. Azərbaycan hər il Naxçıvan Muxtar Respublikasına 100 milyonlarla vəsait ayırmasına baxmayaraq, kiçik diyarın Araz sahilindəki kəndlərinin belə yetərli suyla təchiz olunmaması heyrət doğurur. Naxçıvan isə Muxtar Respublikanin media orqanlarının gözündə gündən-günə inkişaf edir, özünün tarixi rifah dövrünü yaşayır.

Əldə etdiyimiz digər məlumata görə, müəmmalı şəkildə dünyasını dəyişən Yasin adlı vətəndaşın 3 azyaşlı körpə balası var. Körpə yaşlarından yetim qalan bu uşaqlar ömürlərinin sonlarına qədər bu nisgili yaşayacaqlar. Naxçıvan rəhbərliyi isə hələ də susur. Onun yerinə isə trolları danışır. Buyurun, Naxçıvanın MR-ın rəsmi mövqeyi kimi qəbul etdiyimiz trolların yazıları ilə tanış olun.




Ana səhifəyə qayıt        Baxış: 3 902          Tarix: 19-07-2020, 13:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma