Xəbər lenti
Bu gün, 21:42
Bu gün, 19:19
Bu gün, 18:37
Bu gün, 17:30
Bu gün, 16:59
Bu gün, 15:15
Bu gün, 14:35
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
DİA.az-a etibarlı mənbədən DGK sədri Səfər Mehdiyevi əvəzləyəcək şəxsin kimliyi barədə məlumat daxil olub.
Mənbənin iddialarına görə, DGK rəhbəri Səfər Mehdiyev artıq etibarı itirmiş bir fiqurdur və onun yola salınması qərarı qətidir: !”DGK-nın ləğvi də aktuallığını itirib. Daha dəqiqi, belə bir sosial sifariş olsa da, "yuxarılar" bunu müsbət qarşılamadığından DGK ayrıca struktur olaraq qalır".
Səfər Mehdiyevi kimin əvəzləyəcəyinə gəlincə, mənbə onun yerinə bir başqa ünvandan yox, elə DGK-dan sədr gəiriləcəyini bildirib: "Səfər Mehdiyevi isə DGK sədri postunda hazırda Dövlət Gömrük Komitəsi sədrinin müavini postunu tutan İqbal Babayevin gətirilməsi gözlənilir. Hələlik ən şanslı namizəd odur".
Qeyd edək ki, Səfər Mehdiyevdən fərqli olaraq İqbal Babayev işinin mütəxəssisi kimi tanınır və onunla bağlı müsbət fikirlər var.
Ovqat.com-un əlavəsi
Maraqlıdır ki, hazırda işgüzar taleyi sapdan asılı vəziyyətdə qalan Səfər Mehdiyev vaxtilə Kəmaləddin Heydərovun 1 nömrəli kadrı olub. Baş gömrükçünün bu mərtəbəyə yüksəlməsində “fövqəlnazirin” rolu danılmazdır. Di gəl ki, K. Heydərov bir azca “axsayan” kimi ona ilk badalağı atan da elə Səfər Mehdiyev olmuşdu.
Belə ki, Səfər Mehdiyev düşərgəsini dəyişməsinin mükafatını alaraq indiki postuna əyləşəndə ilk işə “fövqəlnazir”in kadrlarını Komitədən təmizləməklə başlamışdı. “Fövqəlnazir”-ə yaxın dairələrdən aldığımız məlumata görə, “xaç atası” “1 nomrəli adamı”nın bu hərəkətindən elə sarsıdıcı zərbə almışdı ki, 2 ay taleyindən küsüb işə çıxmamışdı. İndisə media qurumlarına inansaq, Səfər Mehdiyevin öz yeri laxlayır. Görünür, “xaç atası”nın Allah və ya bəndə yanında qarğışı hələ də keçərli imiş.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar