Xəbər lenti
Bu gün, 11:15
Bu gün, 10:48
Bu gün, 09:24
Bu gün, 09:18
Dünən, 22:58
Dünən, 20:00
Dünən, 16:51
Dünən, 14:28
Dünən, 12:52
Dünən, 00:55
8-01-2025, 22:41
8-01-2025, 21:17
8-01-2025, 20:33
8-01-2025, 19:31
“Paris, Los-Anceles, Haaqa və Varşava daxil olmaqla, dünyanın bir çox şəhərlərində guya dinc nümayişçi olduqlarını göstərməyə çalışan erməni radikallarının mitinqi sonda diplomatik missiyaya terror hücumu ilə nəticələnib”.
Ovqat.com xəbər verir ki, bu fikirlər Avropanın Europerter nəşrinin məlum insidentlərə verdiyi qiymətdir.
“Europerter”-in məlumatına görə, bizim bəzi “milli balta saplarının” “əndişə”lərindən fərqli olaraq, Avropa parlamentariləri diplomatik nümayəndəliklərimizə edilmiş terror hücumlarını 1961-ci il Vyana Konvensiyasında nəzərdə tutulmuş beynəlxalq öhdəliklərin kobud şəkildə pozulması adlandırıb və Belçika hökumətini erməni özbaşınalığına siyasi-hüquqi qiymət verməyə çağırıb.
“Azərbaycanın Avropadakı diplomatik nümayəndəliyinə misli görünməmiş hücum” sərlövhəli yazında deyilir:
“İyulun 22-də Azərbaycanın Brüsseldəki səfirliyi qarşısında erməni diasporu vandalizm aktı ilə müşayiət olunan zorakı nümayiş keçirilib. Onlar diplomatik missiyanın binasına daxil olmağa belə, çalışıblar.
Bu, əslində, səfirlik ərazisinə iyulun 19-da edilmiş hücumun davamı sayıla bilər. Eyni zamanda, baş verənlər radikal ermənilərin Azərbaycanın Paris, Los-Anceles, Haaqa və Varşava daxil olmaqla, dünyanın bir çox şəhərlərində Azərbaycanın diplomatik missiyalarına hücumlarının davamıdır. Sadalanan şəhərlərdə guya dinc nümayişçi olduqlarını göstərməyə çalışan erməni radikallarının mitinqi sonda diplomatik missiyaya terror hücumu ilə nəticələnib.
Nümayişçilər diplomatik missiyaya, həmçinin onun ətrafına toplaşmış diplomatlara, qadınlara və uşaqlara daş, pirotexnik maddələr, su şüşələr atıb. Təşkilatçılar aksiyanın 2 saat davam edəcəyini desələr də, nümayiş, daha doğrusu nümayişçilərin hücumu deyiləndən bir neçə saat artıq davam edib. Nəticədə bir neçə diplomat, mülki vətəndaş və media nümayəndəsi ciddi xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Bu mitinqin nəticələri beynəlxalq hüququn, xüsusilə 1961-ci il Vyana Konvensiyasında diplomatik münasibətlər haqqında nəzərdə tutulmuş beynəlxalq öhdəliklərin kobud şəkildə pozulmasıdır.
Bu hücumun qurbanları Belçika vətəndaşlarıdır. Odur ki, Avropa Parlamentinin deputatları Belçika hökumətinə müraciət edərək, onu ev sahibi kimi, Avropanın mərkəzində baş vermiş zorakılıqda iştirak etmiş hər kəsi cəzalandırmağa çağırıb. Avroparlamentarilər hesab edir ki, Brüssel Avropa qanunvericiliyinə və beynəlxalq öhdəliklərə uyğun hərəkət etməlidir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər