Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Bizim xaricdəki “başbilənlərimiz” erməni hücumlarına qarşı müdafiə olunan Azərbaycanı lənətlənir, “müharibənin günahkarı rəsmi Bakıdır” deyib düşmən dəyirmanına su tökürlər. Ermənilərin xaricdəki diasporu isə xarici nümayəndəliklərimizə hücum etməklə qalmır, öz ordularına maddi yardımlarını da əsirgəmirlər.
Ovqat.com xəbər verir ki, erməni əsilli amerikalı sahibkar, PMA Venture Capital qrupunun təsisçisi Corc Baqumyan Ermənistan ordusuna dörd milyon dollar vəsait köçürüb.
Bu barədə Ermənistan Baş nazirinin xanımı, "Mənim addımım" Fondunun Himayəçilər Şurasının sədri Anna Akopyan Facebook səhifəsində məlumat verib.
O qeyd edib ki, hələ iyulun 15-də Ermənistan-Azərbaycan sərhədində fəal döyüş əməliyyatları getdiyi bir vaxtda Baqumyanla bu mövzuda danışıb. İş adamı Akopyana zəng edib və bildirib ki, Vətən müdafiəçilərinə, erməni hərbçilərinə pul köçürmək niyyətindədir.
"Mən cənab Baqumyana dedim ki, biz proqramlar üzərində düşünəcəyik, ona təqdim edəcəyik və o, bu pulu Vətənin müdafiəçilərinə hansı yolla köçürməyi seçəcək", - deyə Akopyan yazıb.
Baqumyan qeyd edib ki, ona heç nə təqdimat lazım deyil və 250 min dolları tezliklə fonda keçirəcək.
Akopyan həmçinin qeyd edib ki, Fondun nümayəndələri hazırda pulların necə istifadə olunacağını müzakirə edir, bunun üçün hərbi qulluqçularla və zabitlərlə məsləhətləşmələr aparıblar.
Hazırda bu pulların hərbi qulluqçulara necə yazılacağı və necə xərclənəcəyi məsələsi müzakirə olunur.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar