Xəbər lenti

 
Belarusda seçkidən əvvəl göz altına alınan otuz iki Vaqner döyüşçüsü Rusiyaya qaytarılıb. 
 
Ovqat.com xəbər verir ki, məlumatı Rusiyanın Baş Prokurorluğu yayıb.
 
Məlumata görə, saxlanılan birinin Rusiya ilə yanaşı Belarus vətəndaşlığı da var və o, Belarusda saxlanılıb.
 
Baş Prokurorluq vurğulayıb ki, qayıdış proseduru beynəlxalq hüquqa və iki ölkənin qanunlarına uyğun olub.
 
"Rusiyanın səlahiyyətli orqanları bu vətəndaşlar ətrafında yaranmış vəziyyəti araşdırmağa davam edəcəklər", — deyə Nəzarət İdarəsindən bildiriblər.
 
İyulun 29-da Belarus hökuməti 33 rus vətəndaşının saxlanıldığını bəyan etmiş, onların Vaqner döyüşçüləri adlandırmışdı. Saxlanılanlar prezident seçkisi öncəsi kütləvi iğtişaşlar hazırlamaqda şübhəli bilinirdilər.
 


Ana səhifəyə qayıt        Baxış: 2 277          Tarix: 15-08-2020, 01:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma