Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
Azərbaycanın İraqdakı səfirliyi Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindəki məscidləri heyvan tövləsinə çevirdiyini bildirir.
Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində İslam dinə aid abidələr, həmçinin başqa mədəniyyət abidələri dağıdılır və təhqir edilir.
Ovqat.com xəbər verir ki, bunu Azərbaycanın Bağdaddakı müvəqqəti işlər vəkili Nəsir Məmmədov İraqın “Nun” informasiya agentliyinə eksklüziv müsahibəsində bildirib.
O, Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonunun (Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20%-i) 30 ilə yaxındır erməni işğalı altında olduğunu xatırladıb. Diplomat bildirib ki, Ermənistan bu işğal zamanı azərbaycanlılara qarşı etnik təmizləmə aparıb, nəticədə 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.
Qarabağ savaşı zamanı Ermənistan Azərbaycanın Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırıb da törədib. Bu zaman 106-sı qadın, 63-ü uşaq olmaqla, ümumilikdə 613 günahsız insan məhz azərbaycanlı olduğu üçün vəhşicəsinə qətlə yetirilib. Bu gün dünyanın 10-dan çox ölkəsi Xocalı qətliamını soyqırım aktı kimi tanıyır.
Nəsir Məmmədov Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarındakı tarixi abidələri, məscidləri, qəbristanlıqları, müqəddəs məkanları dağıtdığını, muzeyləri, maddi-mənəvi xəzinələri taladığını söyləyib. Onun sözlərinə görə, ermənilər Azərbaycanın işğal altındakı torpaqları ilə əlaqəsinin kəsilməsi məqsədilə orada bütün coğrafi adları erməniləşdirir.
Bir sözlə, işğal altında olan ərazilərdəki İslam dini abidələri və digər mədəniyyət nümunələri dağıdılır, təhqir edilir. Ermənilərin bu əməli “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasına, “Arxeoloji irsin qorunması haqqında” 1992-ci il tarixli Avropa Konvensiyası və “Silahlı münaqişələr zamanı mədəniyyət abidələrinin qorunması haqqında” Avropa Konvensiyasına tam ziddir. Onların etdikləri “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyası, UNESCO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” 1972-ci il Konvensiyası ilə də ziddiyyət təşkil edir.
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda və digər rayonlarında bu günədək 367 tarixi abidə, 67 məscid, 140 türbə, 140 məbəd dağıdılıb. Onları məhz erməni işğalçıları dağıdıb, bununla da Azərbaycan xalqının milli, dini-mənəvi yaddaşına ciddi zərbə vurulub.
N.Məmmədov deyir ki, Azərbaycan dövləti bu təcavüzkar siyasətlə barışa bilməz. Odur ki, Bakı məsələ ilə bağlı mövqeyini ən müxtəlif yollar və vasitələrlə dünyaya çatdırır. “Əslində, ermənilərin etdikləri yalnız Azərbaycana qarşı yönəlməyib. Bu, bəşər mədəniyyətinə qarşı vəhşilik və təxribatdır. Erməni təxribatçıları Azərbaycanın işğal edilmiş ərazilərində çox sayda məscid, muzey və mədəniyyət abidəsini məhv edib”, - deyə diplomat bildirib.
Məmmədovun sözlərinə görə, Ermənistan BMT Təhlükəsizlik Şurası, İƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsilə bağlı qəbul etdikləri qərarları yerinə yetirmir. Diplomat dünya birliyini Ermənistanı təcavüzkar siyasətdən əl çəkməyə məcbur etməyə çağırıb.
Ermənistanın işğal etdiyi ərazilərində bəzi məscidləri heyvan tövləsinə çevirdiyi Azərbaycanın Bağdaddakı səfirliyinin yaydığı şəkillərdən də aydın olur.
Yeri gəlmişkən, bu il iyulun 12-dən etibarən iki ölkənin dövlət sərhədində yenidən silahlı toqquşmalar baş verib. Üstəlik, bu dəfə döyüşlər münaqişə bölgəsi olan Dağlıq Qarabağdan bir neçə yüz kilometr uzaqda qeydə alınıb. Azərbaycan tərəfinin məlumatına görə, o, qarşıdurma nəticəsində 1 general da daxil olmaqla, 12 hərbçisini itirib. Ermənistan tərəfi isə 6 hərbçi itirdiyini, 9 hərbçi və 1 mülki şəxsin isə yaralandığını açıqlayıb.
Bakı ilə Yerevan son toqquşmalara görə, bir-birini ittiham edir. Bir sıra dövlət və beynəlxalq təşkilatsa Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyətdən narahatlığını ifadə edib, tərəfləri dialoqa çağırıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar