Xəbər lenti
Bu gün, 16:30
Bu gün, 14:00
Bu gün, 12:33
Bu gün, 12:17
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mövqelərinə bu ilin iyulunda etdiyi hücum tərəflər arasında 2016-cı ilin aprelində baş vermiş “dördgünlük müharibə”dən sonra yaranmış nisbi sakitliyə son qoyub, bununla da beynəlxalq aləmin diqqəti yenidən Qarabağ böhranına yönəlib.
Ovqat.com xəbər verir ki, Mərakeşin “Əl-Umq əl-Məğribi” nəşrinin Dağlıq Qarabağ probleminə həsr etdiyi məqaləsində belə deyilir.
Müəllif Əhməd Nurəddinin qələmə aldığı “Qarabağ böhranı: tarixi amillər, geostrateji maraqlar” sərlövhəli məqalədə daha sonra bildirilir:
“Cənubi Qafqaz regionunun bu hissəsində müharibə 1990-cı illərin əvvəllərində başlayıb. Nəticədə Qarabağ bölgəsi Ermənistanın dəstəyilə Azərbaycan Respublikasından ayrıldığını elan edib. 1992-ci ildən intensiv xarakter almış döyüşlər nəticəsində Azərbaycanın bir sıra başqa rayonları, o cümlədən Qarabağla Ermənistanı birləşdirən yeganə dəhliz – Laçın da işğal olunub. 1993-cü ilin oktyabrında Ermənistan ordusunun birbaşa müdaxiləsilə Azərbaycanın daha bir neçə rayonu işğal edilib, bununla da o, ərasizinin təxminən 20%-ni itirib. Nəhayət, 1994-cü ilin mayında tərəflər arasında atəşkəs sazişi imzalanıb. Lakin münaqişə hələ də davam edir.
Qarabağ müharibəsi nəticəsində 30 mindən çox insan həyatını itirib, əksəriyyəti azərbaycanlı olmaqla, 1,5 milyondan çox adam qaçqın və məcburi köçkünə çevrilib. Başqa sözlə, Ermənistan işğal etdiyi Azərbaycan ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə aparıb.
ATƏT-in Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının aparılması üçün həmin illərdə yaratdığı Minsk qrupu ötən müddətdə münaqişənin həlli istiqamətində heç bir irəliləyişə nail ola bilməyib. Bunun səbəbləri arasında geosiyasi, regional maraqlar, həmçinin beynəlxalq güclərin iqtisadi mənfəətləri, eyni zamanda, dini və tarixi amillər da var. Odur ki, Dağlıq Qarabağ münaqişəsi ən müxtəlif ssenarilər üzrə inkişaf edə bilər.
Rusiya Ermənistanı bir tərəfdən Qərblə arasında gedən “savaş”da, digər yandan isə Xəzər dənizindən çəkilmiş, bu həssas regiondan keçən neft-qaz kəmərlərinə nəzarət uğrunda Türkiyə ilə rəqabətdə önəmli kart sayır. 2008-ci ildə baş vermiş Rusiya-Gürcüstan müharibəsindən sonra Abxaziya və Cənubi Osetiya separatçılarına dəstək verən Ermənistanın Rusiya üçün əhəmiyyəti daha da artıb. Yeri gəlmişkən, həmin savaşdan sonra Moskva Gürcüstanın bu iki separatçı regionunu müstəqil dövlət kimi tanıyıb.
2010-cu ildə Ermənistan Rusiya ilə hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq sazişini yeniləyib. Bu sazişlə Rusiyanın Ermənistanın Gümrü şəhərində, Türkiyə ilə sərhəddə yerləşən hərbi bazasının istismar müddəti 2044-cü ilədək uzadılıb.
Elə həmin il Azərbaycan Türkiyə ilə strateji tərəfdaşlıq haqqında saziş imzalayıb. Yeri gəlmişkən, Türkiyə keçmiş Sovet İttifaqı ilə hələ 1921-ci ildə imzaladığı Qars müqaviləsinə əsasən, Qarabağ regionunun yaxınlığında yerləşən Naxçıvan Muxtar Respublikasında Azərbaycanın suverenliyinin qarantı hesab olunur. Bu arada, hazırda Suriyada və Liviyada Moskva ilə Ankara arasında “proksi müharibə”nin getdiyini də unutmaq olmaz.
Tarixə nəzər salsaq görərik ki, Kür və Araz çayları arasındakı regiona Qarabağ adını miladi təqvimilə XI əsrdə Orta Asiyadan gəlmiş türkmən qəbilələri verib. O vaxtdan XVIII əsrədək Qarabağ regionu növbə ilə Səlcuq imperiyası (türklər) və Səfəvi imperiyasına (qədimdə Fars, hazırkı İranla Azərbaycan) tabe olub. Bu faktlar müsəlman Qarabağ xanlığı kimi mövcud olmuş diyarın ortodoks xristian Ermənistanla hər hansı əlaqəsini inkar edir. Sözügedən vəziyyət 1813-cü ildə Gülüstan müqaviləsinin imzalamasınadək davam edib. Məhz o zaman zəifləmiş Səfəvi imperiyası çar Rusiyasının hərbi həmlələri və təzyiqi altında bu bölgəni güzəştə gedib. 1828-ci ildə bağlanmış ikinci müqavilə isə Səfəviləri tabeliyində olan digər regionları da güzəştə getməyə məcbur edib, ermənilərin Rusiyanın tabeliyinə keçmiş torpaqlara, ümumilikdə Cənubi Qafqaza, o cümlədən Qarabağ və İrəvana köçürülməsinə yol açıb.
O dövrdə regionların demoqrafik vəziyyətinin dəyişdirilməsi müstəqillik uğrunda inqilabları boğmaq üçün istifadə edilən silahlardan biri olub. Rusiya vaxtilə Osmanlı imperiyasından ələ keçirdiyi Krım yarımadasında da bu siyasəti aparıb, yarımadanın yerli sakinlərinin əksəriyyətini başqa regionlara köçürüb. Digər imperialist güclər, o cümlədən Britaniya da vaxtilə məhz bu siyasətdən istifadə edib – çinlilər Malayziyaya, hindlilər isə Cənubi Afrikaya və başqa yerlərə köçürülüb.
Aydındır ki, o zaman bu məskunlaşdırma “yuxarı”dan – şəxsən Rus çarı tərəfindən verilən qərarla baş tuta bilərdi. Məqsəd Yuxarı Qarabağda ermənilərin sayca azərbaycanlıları üstələməsinə nail olmaq idi. Statistika göstərir ki, o zaman Səfəvi imperiyasından Çar Rusiyasına tabe olan torpaqlara təxminən 50 min erməni köçürülüb. Həmin dövrə görə bu, kifayət qədər böyük rəqəm idi. Müqayisə üçün qeyd edək ki, bu gün belə, Qarabağın əhalisi 200 min nəfəri keçmir.
Bolşevik inqilabından və Çar Rusiyasının dağılmasından sonra, 1918-ci ildə Azərbaycan Qarabağ da daxil olmaqla, bütün ərazisini müstəqil elan edib. Azərbaycanın Sovet İttifaqına daxil edilməsindən sonra da Qarabağ muxtar vilayət kimi, məhz onun suveren ərazisi olub. Etnik və ya dini mənsubiyyət isə ermənilərlə azərbaycanlıların Azərbaycanda sülh şəraitində birgə yaşamasına heç zaman mane olmayıb. 1991-ci ildə Qarabağda münaqişənin alovlandığı və davam etdiyi vaxt belə, Azərbaycanın paytaxtı Bakıda 300 minə yaxın erməni yaşayıb. Onların əksəriyyətinin hələ də Bakıda yaşaması deyilənlərin sübutudur. Demək, əksər beynəlxalq münaqişələrin səbəbi heç də dini və etnik mənsubiyyət deyil. Başqa sözlə, bu amildən çox vaxt xarici qüvvələrin hansısa əraziyə müdaxiləsinə haqq qazandırılması üçün istifadə olunur. Onlar bu amili qabartmaqla, əslində, öz iqtisadi və strateji maraqlarını təmin etməyə çalışırlar.
Nəhayət, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinə, geosiyasi mürəkkəbliyinə baxmayaraq, bu məsələdə beynəlxalq hüquq tamamilə Azərbaycanın tərəfindədir. Bunu BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamə də sübut edir. Həmin sənədlərdə Azərbaycanın ərazi bütövlüyü birmənalı dəstəklənir, Ermənistandan işğal etdiyi torpaqlardan çıxması tələb olunur.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar