Xəbər lenti

Kuba Elmi və Texnoloji Məlumat İnstitutu nəzdində fəaliyyət göstərən “EcuRed” internet Ensiklopediyasına (www.ecured.cu) Azərbaycanın “Qarabağ” futbol klubu haqda məqalə əlavə edilib.

Azərbaycanın Kubadakı səfirliyindən "Report"a verilən məlumata görə, məqalədə “Qarabağ” FK-nın yaranma tarixindən bəhs edilir, Azərbaycan futbolunda ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsində oynayan “Qarabağ” klubunun rəsmi olaraq ölkəmizin işğal edilmiş Ağdam rayonuna məxsus olduğu bildirilir.

Məqalədə qeyd olunur ki, Dağlıq Qarabağın, o cümlədən Ağdam şəhərinin 1993-cü ildə Ermənistan tərəfindən işğal edildiyindən sonra “Qarabağ” futbol komandası müvəqqəti olaraq paytaxt Bakı şəhərində məskunlaşıb.

Daha sonra Ensiklopediyada “Qarabağ” futbol klubunun rəmzləri, o cümlədən özündə Qarabağ atlarını əks etdirən klubun emblemi, həmçinin “Qarabağ” FK-nın oyun üslubu, tarixi nəticələri və komandanın baş məşqçisi Q.Qurbanov haqda məlumatlar verilir.

Qeyd etmək lazımdır ki, rəsmi statistikaya əsasən “EcuRed” internet Ensiklopediyası Kubanın dövlət və hökumət təşkilatları, o cümlədən ali təhsil ocaqları, yerli kütləvi informasiya vasitələri tərəfindən istinad edilməsi üçün ən çox istifadə olunan məlumat mənbəyi və Kubada ən çox ziyarət olunan internet portalıdır.

“EcuRed” Ensiklopediyasına əlavə edilmiş sözügedən məqalənin internet ünvanı: https://www.ecured.cu/Equipo_de_f%C3%BAtbol_Karabaj_Agd%C3%A1m




Ana səhifəyə qayıt        Baxış: 981          Tarix: 23-10-2017, 15:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma