Xəbər lenti


Kreml Minskdə Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşlarını cəlb etməyin lazım olacağı bir vəziyyətin yaranmayacağı çərçivəsində hərəkət edir”.

Teleqraf.com xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.

Peskov Moskvanın Belarusun daxili işlərinə qarışmadığını və müdaxilə etmədiyinə əminliyini ifadə edib.

Bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenkonun xahişi ilə lazım olduğu təqdirdə Belarusa yardım göstərəcək hüquq-mühafizə orqanlarının zabit ehtiyatının formalaşdırıldığını demişdi.

Onun sözlərinə görə, Rusiya qüvvələrindən yalnız respublikadakı vəziyyət nəzarətdən çıxmağa başladıqda istifadə edilə bilər.

Əlavə edək ki, avqustun 9-dan Belarusda hakimiyyət əleyhinə mitinqlər keçirilir.





Ana səhifəyə qayıt        Baxış: 3 952          Tarix: 28-08-2020, 16:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma