Xəbər lenti
 
 
Karantin rejimini pozaraq avqustun 18-də Novxanıda qızına toy edən və bu səbədən 15 sutka müddətinə inzibati qaydada həbs olunan sabiq deputat İlham Əliyev və onun qudası Rövşən Mustafayevin cəzası başa çatıb.
 
Ovqat.com xəbər verir ki, avqustun 22-də cəzalarını çəkmələri üçün Abşeron Rayon Məhkəməsindən Binəqədi rayonunda yerləşən Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsinə göndərilən qudalar bu gün azadlığa çıxıb.
 
Ramiz Mehdiyevin kürəkəni azadlığa çıxarkən media orqanlarına verdiyi açıqlamada qayınatasının hakimiyyət qarşısındakı xidmətlərindən danışıb və özlərinə qarşı təxribat törədildiyini iddia edib. Onun sözlərinə görə, qızının toyundan kadrlar konteksdən çıxarılaraq yayımlanıb və qəsdən “qara piar” kampaniyası aparılıb. “Qara piar” kampaniyası aparanın adını çəkən İlham Əliyevə görə, bu şəxs Filarmoniyanın direktoru Murad Adıgözəlovun yoldaşı, Azərbaycanı “Avrovizyon”da təmsil edən Aysel Teymurzadə olub. “Aysel Teymurzadə qərəzli videoları sosial şəbəkələrdə yayıb”,-deyən “kürəkən” bunun akademikə qarşı sabotaj olduğuna inanır.


Ramiz Mehdiyevin "torba"sını tikən xanım

Çıxış zamanı özünü saxlaya bilməyən İlham Əliyev ağlayaraq, ölkə rəhbərindən və Birinci vitse-prezidentdən əfv olunmasını istəyib. 
 
İ.Əliyev barəsində yalan informasiya yayan bir media qurumunu da ciddi təhdid edib, ona iddialarını sübuta yetirmək üçün 2 gün vaxt verdiyini bildirərək deyib: “Əks halda həmin saytın rəhbərini cəzalandıracağam”.
 
“Kürəkən”in media orqanını necə cəzalandıracağı isə açıq qalıb. Zira Konstitusiyaya görə, hüquqi dövlət olan Azərbaycanda bir cəzalandırıcı qurum var – məhkəmə. Məhkəmənin kimisə cəzalandırmasına ancaq hakim qərar verə bilər. İlham Əliyev isə bunu funksiyanı özü həyata keçirəcəyini bildirib. Ümidvarıq ki, “kürəkən” həyəcanından ikinci səhvə yol verib və jurnalisti məhkəməyə çəkəcəyini bildirmək istəyib. Əks halda bir şəxsin başqa birini cəzalandırması karantin vaxtı toy etməkdən daha ağır cinayətdir və 15 sutkaya dözə bilməyib həbsxanadan gözüyaşı çıxan “kürəkən” daha ağır məsuliyyət doğura bilən başqa niyyəti ağlının ucundan da keçirməz.
 
 




Ana səhifəyə qayıt        Baxış: 5 088          Tarix: 6-09-2020, 11:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma