Xəbər lenti
 
 
İndiyədək hər hansı obyektiv, neytral müəllifin Azərbaycandakı dini vəziyyəti tənqid edən bir dənə belə, məqaləsinə rast gəlməmişəm. Hər hansı şəxsin Azərbaycan hökuməti və dövlətini bu məsələ ilə bağlı tənqid etdiyini eşitməmişəm. Əksinə, Azərbaycan hökumətinin bu fəaliyyəti hər zaman yüksək qiymətləndirilib.
 
Ovqat.com xəbər verir ki, İordaniyanın ərəb dünyasında məşhur “Əl-Düstur qəzetinin köşə yazarı Yelena Nedoqina qələmə aldığı Azərbaycan... Dünyanın istinad edə biləcəyi nümunə sərlövhəli məqaləsində belə deyir.
 
Maraqlıdır ki, Yelena xanımın bu məqaləsi özünün sevimli nəşrində yox, İraqın “Əl-Mədain” qəzetində dərc olunub. Yazıda bildirilir:
 
“Qardaş Azərbaycan xalqının əksəriyyəti islam dininə etiqad edir. Lakin bu ölkə hər zaman, o cümlədən xalqın ümummilli lideri Heydər Əliyevin və hazırkı prezident İlham Əliyevin dövründə qədimdə olduğu kimi, dini azadlıqlar, bəşər övladının qardaşlığına, insanlığa söykənən bütün fikirlərə açıq zəmin uğrunda mübarizə aparıb. Azərbaycan bu gün də birgəyaşayış, milli və dini müxtəliflik, dini mövzuda dərin əməkdaşlıq meydanıdır. O, bəşəriyyətin tolerantlıq, etiqad azadlığı, məhəbbət, qarşılıqlı anlaşma mühitində yaşamını təmin edən nümunəvi mütərəqqi sivil cəmiyyətə malikdir.
 
İordaniyanın gündəlik “əl-Dustur” qəzeti (ərəb dünyasının populyar və ən oxunaqlı qəzetdir) tərəfindən bir neçə il çap edilmiş “Rus nəşri” qəzetinə, yaxud bəzilərinin adlandırdığı kimi “Rus icmalı nəşri”nə rəhbərlik etdiyim dövrdə Azərbaycan, onun siyasi rəhbərliyi, başqa dövlətlərlə siyasi və geostrateji əlaqələri haqda çox yazmışıq. Bakının İordaniya, həmçinin digər ərəb dövlətləri ilə, beynəlxalq aləmdə əlaqələri, Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfirliyinin fəaliyyəti, Azərbaycan xalqının xarakteri, gündəlik həyatı haqqında icmallar hazırlamışıq. Bütün bu yazılar nəşrimizə daha çox dürüstlük və etibar qazandırıb. Halbuki, qəzetimizdə keçmiş Sovet İttifaqı dövlətləri haqqında həqiqi vəziyyəti əks etdirən yazılar yazılarkən bəzi dardüşüncəli, məsuliyyətsiz xarici dairələr tərəfindən qaralama kampaniyasına da tuş gəlmişik və gəlirik.
 
Amma Azərbaycan həqiqətən də xalqların mənafelərinə, gələcəyinə sadiq olanların dostu və müttəfiqidir. O, sözlərində, bəyanatlarında, təqdimatlarında səmimidir!
 
Bir sözlə, Azərbaycan sadiqlər ölkəsidir. Onun dini azadlıqlar, vicdan və etiqad azadlığı sahəsindəki təcrübəsi məhz bu üzdən dünya xalqlarını, müxtəlif ictima-siyasi və humanitar təşkilatların diqqətini hər zaman cəlb edir.
 
Azərbaycan dövləti başqa dinlərin, o cümlədən xristianlığın nümayəndələrinə çox yaxşı münasibət bəsləyir. Əhalisinin əksəriyyəti müsəlman olsa da, o, çoxdinli, çoxkonfessialı dövlətdir. Azərbaycanda islamın müxtəlif məzhəblərindən (şiələr və sünnilər) olan insanlar, həmçinin xristianlar və digərləri açıq, tam sərbəst, çiyin-çiyinə yaşayır. Bir sözlə, Azərbaycan dini azadlıq, plüralizm baxımından xalqların birliyinə ən yaxşı nümunədir.
 
Azərbaycan xalqının düşmənləri, mənfur Qorbaçov və Yeltsinin (onlar Azərbaycan və onun xalqına qarşı düşmənçiliyə görə mühakimə edilməlidirlər) həyata keçirdikləri “Yenidənqurma” dövründən başlayaraq, bu ölkənin 20% torpağı Ermənistan tərəfindən işğal edilib. Lakin Bakı bu işğala rəğmən, özünün nəcib prinsiplərindən, hədəflərindən sapmayıb. Qonşularının təhdidlərinə baxmayaraq, o, qapılarını müxtəlif millətlərin, din nümayəndələrinin üzünə açıq saxlayır. Bu, nəcib Azərbaycan kimliyinin inikasıdır.
 
Bu gün Azərbaycanda müxtəlif məbədlər, o cümlədən erməni apostol kilsəsi, Moskva və Ümumrusiya patriarxlığı və onun rus ortodoks kilsəsi, yəhudi icması, eləcə də zərdüştilik və s. sərbəst şəkildə fəaliyyət göstərir.
 


Ana səhifəyə qayıt        Baxış: 4 684          Tarix: 15-09-2020, 02:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma