Xəbər lenti

 
Nail Əliyev 
Şərqşünas, Tarix üzrə fəlsəfə doktoru
 
Rusiya Liberal-Demokrat Partiyasının lideri V. Jirinovskinin "Qara dənizdən tutmuş Xəzər dənizinədək ərazilər Ermənistana məxsus olmalıdır" sözləri bu günlərdə deyilsə də tarixçəsi uzundur. Rusiyada bir əsrdir davamlı oxunan və çeynəlmiş bayatıdır. Qərb, Rusiya diplomatlarının, dövlət başçılarının məlum sözlərini Jirinovski bir daha xatırladaraq əlavə edir ki,"Ermənistan Culfa-Lənkəran rayonundan Xəzər dənizinə çıxa bilər, sonra isə Şimala-Bakıya yol tapar". 
 
Əslində Jirinovski 19-əsr rus liberallarının ənənəvi davamçısı kimi çıxış edərək qeyd edir ki, "bu bölgədə Şərq slavyanlarının və müsəlman dünyasının mənafeləri toqquşur". 1878-ci il rus-türk müharibəsi zamanı Rusiya liberalları heç də məqsədlərini gizlətmirdilər. Məqsəd Osmanlını parçalamaq, Qafqazı bütünlükdə təsir dairəsində saxlamaq idi. 1877-1878 Rus-Osmanlı savaşı dünya diplomatiyası leksikonuna ilk dəfə "erməni məsələsi"ni daxil etdi. Və həmin ildən bu günə qədər "erməni məsələsi" "Şərq məsələsi" ilə birlikdə yeni şəkil aldı.



İkinci Nikolay ermənilərə muxtariyyət vəd etmişdi. Erməni məsələsini şişirdən diplomatlar ermənilərin Türkiyədə hüquqlarının tapdalanmasına geniş yer verirdilər və onların Ərzurum, Van, Bitlis, Diyarbəkir və Sivasda çoxluq təşkil etdiyini yanlış şəkildə dünyaya çatdırırdılar.

 1877-1878-ci il Rus-Osmanlı savaşı dövründə meydana atılan "erməni məsələsi" Balkan müharibəsi, BirincDünya Müharibəsi dövründə xüsüsilə şiddətləndi. "Qərbi Ermənistan", "Şərqi Ermənistan"," Kiçik Ermənistan" kimi terminlər belə yarandı və bütün diplomatik döyüşlərdə Ermənistandan maşa kimi istifadə edilməyə başlandı və bu mövzuda yüzlərlə “elmi” əsər yazıldı. Təəssüf ki, 70 il ərzində bu elmdən uzaq mübahisələrə Azərbaycan alimləri tutarlı cavab vermədilər, vermək təşəbbüsündə olanlar isə təzyiqlərə məruz qaldılar.
    
"Ermənistan Bizansın varisidir", " erməni bəşər mədəniyyətinin beşiyini yırğayan qədim millətdir", "erməni dənizdən-dənizə uzanan ərazinin sahibidir"- bu qəbil ifadələr uyduran erməni tarixçiləri dünya ictimayyətini də çaşbaş salmışdılar. Nəsli məhv olmunmuş toxumların varisi olmaq gözəl niyyətdir, amma atalar, demişkən "sərçə ilə qazan dolmaz".



Gevorq Aslanın 1909-cu ildə Parisdə nəşr etdirdiyi "Erməni milləti haqqında tarixi bilgilər" adlı əsərində oxuyuruq: "Erməni millətində vətən, millət anlayışı yoxdur, onlar dərəbəylik halında yaşamışlar. Aralarında siyasi əlaqə olmamışdır. Bir-birinə vətən hissi ilə bağlıdır,siyasi müstəqilliklə yox,fərdi müstəqilliklə tanınmışlar".(s 165).
        
Saysız-hasabsız tarixi dəlillər sübut edir ki, əsas peşəsi tacirlik olan ermənilərin dünyanın müxtəlif şəhərlərinə səpələnməsi məhz bu peşəyə aludəçilikdən doğmuşdur. Məqsədləri zəngin yerlərdə, münbit torpaqlarda məskunlaşıb mümkün qədər çox sərvət toplamaq və ondan diplomatiya strategiyasında istifadə etməkdir. Yaşadıqları yerlərdə azlıqda olmaları da bunun nəticəsidir.

"Bizansın varisləriyik", " Moskva üçünçü Romadır" tezislərini ortalığa atanlar bilirlər ki, bu istəklərin altında yalnız torpaq iddiaları durur və bunu Jirinovski kimi neofaşistlər heç də gizlətmirlər. "Bizansın varisləriyik" deyən erməni tarixçiləri uydururlar ki, elə onun özü romalılardan Bizansa miras qalmış bir millətdir və qoca tarixin hadisələrinə nəzər salsaq görərik ki, ermənilər hər dövrdə Bizansın amansız düşməni olmuşlar.

"Kiçik Ermənistan" ifadəsi altında erməni tarixçiləri Anadolu-Suriya karvan yolu üzərində strateji mövqe olan Kilikiyanı nəzərdə tuturlar. Hələ paleolit və neolit dövrlərində insanların məskunlaşdığı Kilikiya ketlərin, assuriyalıların, daha sonra müxtəlif millətlərin tabeçiliyində olmuşdur. Göründüyü kimi, Kilikiyanı " Kiçik Ermənistan" hesab etmək erməni tarixçilərinin "kəşfi"dir. Bu ərazidə azlıqda yaşayan ermənilər müxtəlif millətlərlə yanaşı bütün hüquqlardan istifadə etmək, yüksək dövlət vəzifələri tutmaq imkanı əldə etmişlər. Bir zaman Hülakilərin hakimiyyəti tabeçiliyində ermənilərə Kilikiyada baronluq yaratmaq imkanı verildi. Kilikiya baronu Baqrat, İstanbul boğazları sahillərindən Qaradokyaya qədər səlibçiləri müşayiət etmişdir. Xaçlı ordularını Kilikiyaya dəvət edən ermənilər Qərbi Avropada feodallarının hərbiləşdirilmiş dəstələrini duz-çörəklə qarşıladılar. 16-cı əsrdə Vatikanın başçısı 12 Qriqori erməni katolik rahibləri qarşısında çıxış edərək demişdir: "Xristian prinsipləri və xristian orduları həzrəti İsanın məzarını yenidən almağa getdikləri zaman heç bir millət, heç bir toplum ermənilər kimi sevinclə yardım göstərməmişlər".

 
 
         
Kilikiya erməni baronlarının diplomatiyasında yaltaqlıq, riya, məkrdən geniş istifadə olunardı. Erməni baronu Toros sultanı Məsuda deyirdi ki,"hökmdar olan sizlərə biz (Kilikiya erməniləri-N.Ə.) könül xoşluğu ilə itaət edirik".

Süleyman şaha, Qiyasəddin Xosrova, Ələddin Keyqübada, daha sonra onlarca türk hökmdarlarına itaətlərini bildirən Kilikiya baronları ağlasığmaz sərvət toplayırdılar və ticarət işlərində beynəlxalq miqyasda uğurlu işlər görürdülər. Sultanlara daim rüşvət verən Kilikiya erməniləri yeri gəldikdə qonşu ərazidə yaşayan ermənilərə qarşı da vuruşurdular.
        
"Erməni böyük düşməndir, riyakar, alçaq və hiyləgərdir" ifadəsi Bizans imperiyasında zərb-məsəl kimi geniş yayılmışdı. Yunanlar da onlara heç bir zaman güvənməmişlər və bizanslar, iranlılar, səlcuqlar, ərəblər kimi onlara vassal kimi baxmış və ermənilərin dövlət quruluşunu heç bir zaman tanımamışlar.
         
Sərvəti ilə zəngin olan torpaqlara kök edən ermənilərin uydurduqları coğrafi yer olan Ermənistanda heç bir zaman dövlət quruluşuna təsadüf edilməmişdir. (2 Tiqranın dövrü istisna edilərsə). 


 
1877-1878-ci il Rus-Osmanlı savaşı illərində "erməni məsələsi" yenidən dünya diplomatiyasında səslənməyə başladı. Məqsəd qaldırılan problemlərdən istifadə edib Türkiyəni parçalamaq idi. Erməni xülyasını həqiqət kimi sübut edənlər hətta Türkiyə ərazisində yaşayan ermənilərin sayını süni şəkildə artırmağa çalışırdılar.
 
Eynilə bu siyasət Azərbaycanda, onun bütün bölgələrində aparılırdı. Zori Balayanın “dəmtunan”ına çevrilən Jirinovski heç bir tarixi qaynağa əsaslanmadan bəyan edir ki, Naxçıvan Ermənistan ərazisinə daxildir. Bu da bir həqiqətdir ki, Naxçıvanda aparılan saysız-hesabsız arxeoloji qazıntılar zamanı Ermənistana aid heç bir qədim maddi mədəniyyət nümunəsi aşkar edilməmişdir.

Tarixi qaynaqlardan xəbəri olsa da, Jirinovski kimi siyasətçilər unudurlar ki, Qafqazda bolşevik istilasına qədər Ermənistan adlanan bir coğrafi yer olmamışdır. Unudurlar ki, Naxçıvan və İrəvan xanlığı 1828-ci il müqaviləsinə əsasən Rusiyanın tərkibinə qatılmışdır. Rusiya-İran müharibəsindən sonra başlanmış Rusiya-Osmanlı müharibəsində məğlub olan Osmanlı Zaqafqaziyanın Çar Rusiyası tərəfindən zəbt olunmağına mane ola bilmədi.

Həmin istila günlərində milli varlığımız təcavüzlə qarşılandı. Ən münbit torpaqlarda İrandan və Türkiyədən gətirilmiş ermənilər məskunlaşmağa başladılar, bu da elmi ədəbiyyatda öz geniş əksini tapmışdır.



1918-ci ildə Fransa baş naziri Klemanso açıq bildirirdi ki, "Biz Ermənistan adından bu regionda bir zolaq yaratmalıyıq ki, gələcəkdə ondan hər dəfə istifadə etmək mümkün olsun". Bu "zolaq"dan bu gün də həm Rusiya, həm də Qərb dövlətləri tərəfindən Azərbaycana qarşı məharətlə istifadə olunur. Şovinizm, populizm xəstəliyinə tutulan Jirinovski kimi siyasətçilər bir şeyi unudurlar ki, artıq dünya siyasi xəritəsində çox şey dəyişilib -iki qütblü, üç bloklu Yalta sistemi yoxdur, qüvvələrin nisbəti də dəyişilib.



Ana səhifəyə qayıt        Baxış: 6 332          Tarix: 16-09-2020, 15:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma