Xəbər lenti

 
Rəsmi Minsk Litva, Polşa və Ukrayna ilə dövlət sərhədini bağlamaq barədə düşünür.
 
Ovqat.com xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko “Belarus uğrunda" qadın forumunda çıxışı zamanı bunu deyib.
 
O, açıqlamasında buna məcbur olduqlarını bildirib: “Biz dövlət sərhədini Qərbdə, ilk növbədə Litva və Polşa ilə bağlamağa məcburuq. Çox təəssüf ki, biz qardaş Ukrayna ilə də sərhədləri gücləndirməyə məcburuq".
 
Lukaşenko çıxışında Rusiya ilə ümumi müdafiə sistemi quracaqlarını da gizlətməyib:
 
"Mən son günlər Rusiya prezidenti və müdafiə naziri ilə birlikdə ittifaq dövlətinin ümumi müdafiəsini qurmağa məcbur oldum və bu gün ölkəmizin qərbində keçirilən çoxdan unudulmuş hərbi təlimləri fəallaşdırmışıq. Biz bu təlimlərin iki mərhələdə kəskin vəziyyətlə əlaqədar keçirilməsi barədə qərar qəbul etmişik və sizə səsləndirdiyim mesajda qeyd etdiyim kimi, ikinci mərhələ sizə, qadınlarımıza həsr olunacaqdır", - deyə Lukaşenko bildirib.



 


Ana səhifəyə qayıt        Baxış: 3 712          Tarix: 17-09-2020, 23:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma