Xəbər lenti
Bu gün, 12:33
Bu gün, 12:17
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
Jalə Mütəllimova
Ermənistan KİV-i işğal olunmuş Dağlıq Qarabağda Fransanın “Le Monde” qəzetinin iki jurnalistinin yaralanması ilə bağlı məlumat yayıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında məsələnin Azərbaycan tərəfinə heç bir aidiyyatı olmadığı bildirilib.
Buna qədərsə, Fransa prezidenti E.Makron, erməniləri dəstəkləyən bəyanatla çıxış edib. O, Azərbaycanı tənqid etmişdi. Makron Azərbaycanda muzdlu döyüşçülərdən ermənilərə qarşı istifadə edilməsi haqda məlumatları olduğunu dilə gətirmişdi.
Başlayaq reportyorların məsələsindən.
Azərbaycan tərəfi təbii ki, döyüşlər başlamazdan əvvəl informasiya alanında belə provakasiyaların olacağını hesablamışdı. Odur ki, fransız jurnalistlərin yaralanmasında Azərbaycan tərəfini günahlandırmaq kimi fake xəbərin ömrü uzun olmadı. Bəlli oldu ki, hadisə ermənilərin özlərinin, ordudan qaçan əsgərlərinin yerinə, döyüşə cəlb etdiyi, mülki şəxslərin naşılığı üzündən baş verib. Yəni jurnalislərə ermənilər özləri xətər yetirib.
Bir vacib məqam. Fransada müəyyən nüfuza sahib olan erməni diasporu da iki dövlət arasında münasibətlərin nəinki sərinləşməsində, hətta sərtləşməsində maraqlıdır. Bunu qeyd etməmək olmazdı . Yəni fransız əsilli jurnalistlər hədəfə elə-belə alınmamışdı. Burada Azərbaycana dəstək verən Türkiyə amili də rol oynayırdı. Səbəbi bəlli olmasa da iki ölkə, Fransa və Türkiyə prezidentləri arasında hər dəfə söz atışması bütün dünyanın gözü önündə olub. Bu söz savaşında E.Makron hər zaman məğlub olub. Bu dəfə Azərbaycana hirsi, həm də Ərdoğana replika kimi dəyərləndirilə bilər. Təbii bunu hikkəli erməni hakimiyyəti və Fransadakı erməni diasporu mütləq hesablamışdı. Buna bir az da "dünyanın halına yanmaq" elementi qatmalı idilər ki, bu da Suriya və Livandan Azərbaycana muzdlu döyüşçü gətirilməsi barədə yalnış məlumat oldu. Bir sözlə, iki ildən sonra seçkiyə hazırlaşan E.Makron, erməni diasporundan qorxdu. Ərdoğana sataşdı. Avropanın, Qərbin xoşuna gəlməyə çalışdı. Bircə Azəbaycanı hesablamadı. Ona görə də ermənilərin etmək istədiyi alınmadı...
E.Makron gərək unutmaya, Suriyadan erməni batalyonunu DQ-a daşıyan, ermənidir!
Liviyadan mükli və silahlı erməniləri DQ daşıyan, ermənidir!
PKK ilə ittifaq quran, ermənidir!
Özü də erməni rəsmiləri bu fatkları etiraf edib. Məsələn, deyirlər ki, DQ-da Liviyadan gələn, milliyyətcə erməni olan döyüşçülər var.
Azərbaycan tərəfinin və müstəqil xəbər mənbələrinin tirajladığı video götüntülərdə də deyilənlər üst-üstə düşdü.
Təbii ki, Azərbaycan tərəfinin təmkinli davranışı nəticəsində Fransa prezidenti erməni mənbələrinə söykənib, səhv qərar aldığını anladı. Və Azərbaycanın dövlət başçısına zəng vurub, narahatlığını ifadə etdi.
Amma məsələ qapanmış sayılmır. Ermənistan, xarici jurnalistlərin həyatını bilərəkdən təhlükəyə atıb, beynəlxalq hüququ pozub, onların təhlükəsizliyini təmin etməyib. Üstəlik, ərazi Azərbaycana aid olduğu halda, həmin jurnalistlər rəsmi şəkildə, heç bir akreditədən keçmədən, işğal altında olan torpaqlarda icazəsiz çəkiliş aparıb. Apardıqları çəkilişləri tirajlayıblar. Bu peşə əxlaqı və etikasına, həmçinin beynəlxalq qaydala ziddir. Eyni zamanda Azərbaycana məsələni hüquqi müstəviyə daşımaq üçün çox ciddi əsaslar verib. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacızadə keçirdiyi brifinqdə danışıb. O, xarici KIV-lərə Azərbaycan dövləti adından son xəbərdarlıq da edib.
Digər məsələ, dəfələrlə ölkə başçısı və rəsmiləri bəyan edib ki, Azərbaycan Ordusu mülki əhalini, obyektləri hədəfə almır. Işğalçı Ermənistandan fərqli olaraq, hərbi əməliyyatlar zamanı, bütün beynəlxalq konvensiyalara sayğı göstərir.
Gələk cənab E.Makrona. Azərbaycanda muzdlu döyüşçülərin "olmasından" və iki Fransa KIV təmsilçisinin yaralanmasından təbii ki, bir avropalı prezidentin narahat olması lazım idi. Amma həm də o lazım idi ki, E.Makron jurnalistlərdən soruşsun, siz işğal altında olan Azərbaycan ərazisinə niyə iczəsiz getmisiniz? Özü də sıradan KIV yox, böyük media təcrübəsi və dünyaca tanınmışlığı olan mətbu orqanın siması kimi getmisiniz. Bunu hətta "Le Monde" rəhbərliyindən də soruşmaq olardı. Niyə Azərbaycan ərazisinə Ermənistandan keçib əməkdaşlarınız? Bu olmadı, ancaq qarşımızda emosional və araşdırmadan danışan dövlət başçısı gördük. Əslində E.Makronun Azərbaycanın hansı dövlət olmasını xatırlamağa yetərincə zamanı və imkanı var idi. Hə, əgər unudursa, onların bir qismini yada salmaq bizim vətəndaş və yazar borcumuzdur!
Azərbaycan, Fransanın dünyaca məhşur Luvr muzeliyndə bir küncə sıxışdırılmış "Islam dünyası guşəsini" genişləndirib, yüksək səviyyədə təmir etdirib, Fransanın islam dünyası ilə dostluğuna yol açan dövlətdir.
Azərbaycan, Noter D'am de Paris kilsəsində yanğın üzündən sıradan çıxan ən bahalı memarlıq abidələrini təmir etdirib, dostluq münasibəti göstərən dövlətdir.
Azərbaycan, öz təhsil sektorunu Fransa üçün açıq tutan dövlətdir.
Azərbaycan, kosmos sahəsindəki fəaliyyətində Fransa ilə əməkdaşdır.
Azərbaycanın neft sektorunda gəlirlər və ortaq layihə işlərində, Fransanın payı var.
Bütün bunları batmaqda olan taxta gəminin-Ermənistanın, Fransadakı diasporunun fırıldaqlarına qurban vermək olmaz.
E.Makronun bunu zamanında anlaması təbii ki, böyük üstünlük olardı, amma anlamadı, özümüz xatırlatdıq. Indilik gərəkən o ki, daha unutmasın, amma bacaracaqmı?!.
04.09.2020.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar