Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
Rəsmi Bakı Moskva danışıqlarında Rusiya sülhməramlılarının Dağlıq Qarabağa yeridilməsinə qarşı çıxış edib.
Ovqat.com xəbər verir ki, bu barədə ABŞ-ın Heritage Foundation analitik mərkəzinin nümayəndəsi Lük Koffi "Tvitter" də yazıb.
"Eşitmişəm ki, Moskvada aparılan danışıqlar zamanı Ermənistan Rusiyanın "sülhməramlıları" ndə Dağlıq Qarabağ üçün təkid edib. İdeya Rusiyanın xoşuna gəlsə də, Azərbaycan buna yox deyib", - deyə Koffi bildirib.
Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədri olan heç bir ölkə sülhməramlılarını heç vaxt Dağlıq Qarabağa göndərməməlidir.
Qeyd edək ki, Rusiya prezidenti V.Putin Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərini Moskvaya görüşə dəvət edərkən bir çox rusiyalı analitiklər müzakirələrsə “Kazan formulu”nun masaya yatırılacağını bildirmişdi. Bu təklifdə 7 rayon Azərbaycana qaytarıldıqdan sonra Dağlıq Qarabağa rus “sülhməramlı”larının yerləşdirilməsi nəzərdə tutulurdu. Lük Koffinin gizli keçirilən danışıqların detallarından birinə gətirdiyi bu aydınlıq dünənki görüşün niyə uzun çəkməsindən xəbər verir. Belə görünür ki, Moskvada zorla Bakının boynuna rus “sülhməramlılarının” Qarabağa yerləşdirilməsi qoyulurmuş. Bakı isə qəti şəkildə buna etiraz edərək sadəcə humanitar atəşkəslə razılaşıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar