Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Rusiyalı ekspertlər Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin bugünkü Moskva görüşündə yenidən “Kazan formulu”na qayıdılacağını bildiriblər. Bəs bu formul nədən ibarətdir və Azərbaycan buna gedərmi?
Ovqat.com-un suallarını cavablandıran fəlsəfə elmləri doktoru, politoloq Aydəm İsmayılovun fikrincə, “Kazan formulu” da mahiyyət etibarilə “Madrid prinsipləri”nə bənzəyir.
“Madrid prinsiplərində Dağlıq Qarabağ ətrafındakı rayonların mərhələli boşaldılması, nəzərdə tutulurdu. Bu prinsipdə erməni tərəfinin əvvəl 5, daha sonra 2 rayonumuzu qatytaracağı nəzərdə tutulurdu. Qalan 4 rayonun isə statusu bundan sonra müzakirə olunacaqdı. “Kazan formulu”nda bu mərhələ yoxdur. 2011-ci ildə Rusiyanın ozamankı prezidenti Dmitri Medvedyevin vasitəçiliyi ilə qəbul edilən bu formulda 7 rayonun dərhal boşaldılması və cəbhə xəttinə sülhməramlıların yerləşdirilməsi nəzərdə tutulurdu”,-Aydəm İsmayılov belə deyib.
Bir sıra cəhətlərinə görə bizim üçün “Madrid prinsipləri”ndən daha effektli olan bu formulun 2011-ci ildə nə Bakı, nə də İrəvan tərəfindən qəbul edilmədiyini deyən həmsöhbətimiz bu səfər də tərəflər arasında razılaşmanın baş tutacağına inanmır: “Əvvəla, Azərbaycan Dağlıq Qarabağda sülhməramlı qoşunların yerləşdirilməsini müsbət yanaşmır. Haqlı olaraq, bunu öz torpağının əlindən çıxması kimi qiymətləndirir. Bizdən daha çox isə Ermənistan buna razı deyil. Çünki Dağlıq Qarabağ ətrafındakı 7 rayonun bizdə olması bölgənin mühasirədə qalması deməkdir. Sabah Rusiyanın regiondakı mövqeləri zəifləyən kimi, Dağlıq Qarabağda öz müvəqqəti sakinlərinin əlindən çıxa bilər. Məhz bu qorxu Dağlıq Qarabağı özününküləşdirən erməni tərəfini narahat edir və razılığa gəlməyə imkan vermir”.
Aydəm İsmayılov 2016-cı ildə Azərbaycanın uğurlarıyla tarixə düşmüş 4-günlük müharibədən sonra da “Kazan formulu”nun gündəmə gəldiyini xatırlatdı və İrəvanın bu təklifə razılıq verməsinin Ermənistanda ciddi ajiotajlara yol açdığını bildirdi: “Əslində indiki Paşinyan hökuməti də bu ajiotajdan faydalanaraq hakimiyyətə gəlib. Odur ki, Paşinyanın bu təklifi qəbul etməsi asan olmayacaq və razılaşma onun sonunu gətirə bilər. Məhz bu səbəbdən Paşinyanın axıra qədər öz maksimalist siyasətində dirənəcəyini təxmin edirəm. Bu da Ermənistanın olan-qalan nüfuzuna da zərbə vuracaq. Mənə elə gəlir ki, rəsmi Bakı bu amili nəzərə alıb etirazın Ermənistan tərəfindən gəlməsinə nail olmalıdır”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar