Xəbər lenti


Müdafiə Nazirliyi Dağlıq Qarabağ döyüşlərində strateji əhəmiyyətə malik Suqovuşandan yeni görüntülər paylaşıb.
 
Suqovuşanın ən vacib əhəmiyyəti nədir, bilirsinizmi?
 
Ovqat.com-un bildirdiyinə görə, Xankəndinə ən qısa yol qəsəbədən keçir. Azərbaycan ordusu Suqovuşanı almaqla faktiki olaraq, "DQR"-dakı erməni hərbi qüvvələrinin mərkəz cinahdan digər cinahlara logistik dəstək  imkanlarını ciddi şəkildə zəiflədib. Ermənilər bu cinahdakı qüvvələrinin dislokasiya yerlərini dəyişdirsələr, Xankəndinin müdafiə qurşağı boşalacaq və "paytaxt" təhlükə altına düşəcək. 
 
Bir sözlə, Suqovuşanın işğaldan azad edilməsi şahmat terminləri ilə desək, birbaşa şaha edilmiş həmlədir və bu cinahda yerləşən fiqurları yerindən tərpənməz hala salır.
 
Bu videodakı görüntülər ordumuzun "şah həmləsi"nin nəticələri barədədir.
 



Ana səhifəyə qayıt        Baxış: 3 525          Tarix: 11-10-2020, 21:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma