Xəbər lenti
Bu gün, 17:24
Bu gün, 16:20
Bu gün, 15:05
Bu gün, 14:00
Bu gün, 12:32
Bu gün, 12:00
Bu gün, 10:44
Bu gün, 09:57
Dünən, 23:30
Dünən, 20:17
Dünən, 16:49
Dünən, 15:30
Dünən, 14:18
Dünən, 13:53
“Humanitar atəşkəs” çərçivəsində cəbhədə öldürülən əsgər meyitlərinin dəyişdirilməsindən sonra Ermənistan siyasi hakimiyyətinin ictimaiyyət qarşısında son arqumenti də ortadan qalxacaq.
Bu zamanadək 7 min civarında əsgərlərin itkin düşməsi bəhanəsi ilə İrəvan Dağlıq Qarabağda öldürülən əsgərlərin tam siyahısını açıqlamır, ailələri yarı-ümid halında saxlamağa çalışır. İndisə vəziyyət büs-bütün dəyişilmək üzrədir. Övladlarının perspektivsiz döyüşlərdə, özü də yad torpaqlarda həlak olmasına etiraz edəcəyi gözlənilən ailələrin ən çox sorğulayacağı məqam isə siyasi hakimiyyətdə yer alan şəxslərin niyə öz övladlarını gözlərindən kənara buraxmadıqları halda kasıb ailələrə fərqli yanaşmaları, ən pisi isə, təcrübəsiz əsgərləri nəticəsiz döyüşə girməyə vadar etmələridir.
Görünür, bu etirazların qarşısını qismən almaq üçün Ermənistanın Baş naziri Nikol Paşinyan atəşkəsə az qalmış öz oğlunu cəbhəyə göndərəcəyini açıqlamışdı. Atəşkəs dövründə ona bir şey olmayacağına inandığına görə...
Bu gün isə Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsun Ovannisyan bənzər açıqlama ilə çıxış edib. O, Facebook statusunda öz doğma kiçik qardaşını cəbhəyə yola saldığını bildirib.
"Şəxsən mənim bu müharibəyə verdiyim töhfə çox azdır. Ancaq müharibənin isti nöqtələrindən keçən ailə üzvlərimdən, sinif yoldaşlarımdan və tələbələrimdən danışmaq istəyirəm. Bəziləri artıq qəhrəman oldular, yaşayırlar və ya artıq ölməzləşiblər. Mən sizinlə nəfəs alıram, qardaş və bacılarım. Və bu gün onlardan birini - mənim üçün çox əziz olan yaxınımı cəbhəyə yola saldım. O, mənim təlqinlərimdən sonra “Vətənin müdafiəsi” yolunu seçdi. Mən səninlə qürur duyuram. Kiçik qardaşım, evə qələbə ilə qayıt”-Ovannisyan belə yazıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar