Dekabrın 11-də Ermənistan ordusunun işğal altındakı ərazilərimizdəki hərbi hissələrinin birində öldürülən 1996-cı il təvəllüdlü Narek Marzpetuni Adibekyanın əsgər yoldaşı həbs edilib.
Məlumata görə, istintaq komissiyası Adibekyanın xidmət yoldaşı tərəfindən odlu silahla öldürüldüyünü sübuta yetirilib.
Qarabağda xidmət yoldaşı tərəfindən öldürülən erməni əsgər Rusiya Federasiyasının vətəndaşıdır. O, əvvəlcə Rusiyada hərbi xidmət keçib. Adibekyan yaşadığı Pyatiqorskdan Ermənistana təhsil almaq üçün qayıdıbmış. İrəvanın Şenqavit inzibati rayonundan olan N.Adibekyan İrəvan Dövlət Universitetinin tələbəsi olan Adibekyan ardlnca hərbi xidmət çağırılıb və işğal altındakı Azərbaycan ərazisinə göndərilib.
Yeri gəlmişkən, bu gün İrəvanda xidmətdən möhlət hüququ ləğv edilən erməni tələbələrin etiraz aksiyası keçirilib. Aksiyada Adibekyanın tələcəsi olduğu İrəvan Dövlət Universitetinin tələbələri fəallıq edib. Erməni gənclər anlayırlar ki, onların hər birini eyni tale gözləyir.//Musavat.com
Paylaş: