Xəbər lenti
 
 
“Dağlıq Qarabağdakı döyüşlər zamanı pilotsuz uçuş aparatlarının (PUA) fəal tətbiqi onu göstərir ki, Amerika Silahlı Qüvvələrinin müasirləşdirilməsi, o cümlədən hava hücumundan müdafiə sistemlərinin inkişaf etdirilməsi zəruridir”.
 
Ovqat.com xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Quru Qoşunları Qərargahının rəhbəri general Ceyms Makkonvill Army Times” nəşrinin 11 oktyabr buraxılışına verdiyi açıqlamada belə deyib.
 
Məqalədə qeyd olunur ki, Dağlıq Qarabağda hərbi əməliyyatların aparılması üsulları çoxlarını belə bir sual qarşısında qoyub: tanklar müasir müharibə üçün həddindən artıq zəif, yavaş və bahalı vasitələrdirmi? 
 
Bu sualı cavablandıran ABŞ-ın quru qoşunlarında hərbi komandirinin şərhindən məlum olur ki, o, belə düşünmür. Bununla belə, general Makkonvill də etiraf edir ki, Qarabağ münaqişəsi zonasında yaşananlar pilotsuz uçuş aparatlarının məhv edilməsi hava hücumundan müdafiə sistemlərinin prioritetinə çevrilib.
 
“Stryker” döyüş maşınlarına “Stinger” qısamənzilli raket sistemlərinin quraşdırılmasını zenit və raket əleyhinə müdafiə sistemlərinin inkişaf yollarından biri adlandıran Makkonvil ABŞ-da pilotsuz təyyarələri müəyyənləşdirmək qabiliyyətinə malik bir sıra texnikaların inkişaf etdirildiyini qeyd edib. 
 
General tank və piyadaların döyüş maşınlarının yerüstü əməliyyat sahəsində hələ də əhəmiyyətli bir rol oynamağa davam etdiyinə inanır. "Abrams kimi tanklar və Bradley kimi piyada döyüş maşınları müasir hərb sahəsində hələ də mühüm rol oynayır", - general Makkonvill belə deyib .
 
General döyüş əməliyyatları zamanı qoşunların müxtəlif növləri arasında mümkün qədər operativ koordinasiyanın qurulmasının vacibliyini də qeyd edib. Onun sözlərinə görə, ABŞ Silahlı Qüvvələri düşməni müəyyən edə biləcək bir çox aşkarlama cihazlarına malikdir və onunla mübarizə aparmaq üçün düzgün silah sistemi seçə bilər.


Ana səhifəyə qayıt        Baxış: 5 103          Tarix: 13-10-2020, 08:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma