Xəbər lenti
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
“Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin Vardenisə vurulan zərbəyə adekvat cavab verib”.
Ovqat.com xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin məsul şəxsi Artsrun Ovannisyan keçirdiyi mətbuat konfransında deyib.
Bəs “adekvat zərbə” hara vurulub?
Maraqlıdır ki, Artsrun Ovannisyan bunu gizli tutmağı “məsləhət bilib”.
"Siz Vardenisə hücumdan sonra Azərbaycan Silahlı Qüvvələrinə cavabımızın olub-olmadığını soruşursunuz. Gəlin, bütün hərəkətlərimizi və ayrı-ayrı zərbələrimizi açıqlamayaq. Sadəcə, onu bilin ki, hər bir düşmən hücumuna Arsaxın Müdafiə Ordusu cavab zərbəsi endirir - vaxtında və lazımi yerə ", - deyə Ovannisyan bildirib.
Ən qəribə bəyanat isə Ermənistanın Müdafiə Nazirliyinin rəsmi açıqlaması olub. Dəfələrlə Vardenisdə yerləşən və ölkəmizin dinc sakinlərini hədəfə alan erməni hərbi bazasındakı raket komplekslərini Azərbaycan ordusunun sıradan çıxarmasını kəskin şəkildə pisləyən Ermənistan Müdafiə Nazirliyi maraqlı giley-güzarı ilə yadda qalıb.
"Faktiki olaraq, bu ölkənin hərbi-siyasi rəhbərliyi yalnız ehtimallar əsasında Ermənistan Respublikasının ərazisində yerləşən və döyüş növbətçiliyini həyata keçirən texnikanı hədəfə aldı", - deyə Müdafiə Nazirliyinin bəyanatında bildirilir. Bəyanatdan belə çıxır ki, Ermənistan taktiki raketlərlə Azərbaycanın sivil hədəflərini deyil, hərbi obyektlərini vuracaqmış. Di gəl ki, Azərbaycan mülki insanların təhlükəsizliyini bəhanə gətirib Ermənistanın bu təşəbbüsünün qarşısını alıb. Ermənistan da acıqla Azərbaycanın bənzər hərbi obyektlərini vuracaq.
Doğrusu, Ermənistan ordusunun bu giley-güzarı lap bağça uşaqlarının döyüşündəki “üzdən, ayaqdan, qarından, "popo"dan və s. yerlərdən vurmaq olmaz” şərtlərinə oxşayır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar