Xəbər lenti

 
“Ermənistan zərurət yaranarsa, təcavüzə cavab olaraq bütün növ silahlardan, o cümlədən Su-30SM qırıcılarından istifadə edə bilər”.
 
 
Ovqat.com xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan  jurnalistlərə açıqlamasında belə deyib.
 
 
Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri Qarabağ münaqişəsi zonasında hərbi obyektlərə raket və aviazərbələr endirərək pilotsuz təyyarələrdən, helikopterlərdən istifadə edir. Ovannisyan qeyd edib ki, dağıntılar və itkilər var.
 
O, həmçinin əlavə edib ki, Qarabağda vəziyyətin gərginləşməsi zamanı erməni itkiləri barədə danışmaq hələ tezdir: “Nazirlik itkiləri haqqında hələ ki informasiya verə bilməz, çünki intensiv döyüşlər gedir. Bu, bizim tərəfimizdən məsuliyyətsiz olar, lakin intensiv  döyüşlər getdiyinə görə itkilərin baş verməyəcəyi barədə danışmaq da düzgün olmaz", – deyə o əlavə edib.
 


Ana səhifəyə qayıt        Baxış: 1 381          Tarix: 27-09-2020, 15:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma