Xəbər lenti

 
 
İran, başqaları kimi, situativ müttəfiqi olaraq bizə yaxınlaşıramma razılaşın ki, bu, eyni zamanda bir asılılıqdan digərinə - Rusiyadan – fundamental İslamçılığa yuvarlanmaqdan başqa bir şey deyil.
 
Ovqat.com xəbər verir ki, Ermənistanın analitik-xəbər portallarından “ArmenianReport”-un dünənki buraxılışında dərc olunan  “Müttəfiqlər haqqında bir neçə söz və ya arxadan vurulan bıçağı haradan gözləməli?” sərlövhəli məqalədə belə deyilir.
 
Ermənilərin Dağlıq Qarabağda yaşadığı məğlubiyyət acısıyla qələmə alınmış yazıda müəllif Qrayr Poqosyan bəzi maraqlı məqamlara da işıq tutur:
 
 
“Erməni xalqı mövcud olduğu bütün tarix boyu müdrikliyi, uzaqgörənliyi və praqmatizmi ilə fərqlənib. Bizim bacarığımızdan təəssüflə, paxıllıqla bəhs edib deyirlər ki, "erməni olan yerdə yəhudi heç kimdir".  Şəxsən mən bu zarafatı bəyənməsəm də, hər zaman bir erməni ləyaqəti ilə deyirəm; bu düşüncə bizim milli qabiliyyətlərimizə sırt həsəddən qaynaqlanır. Ona görə ki, hər bir erməniyə bu qabiliyyət tariximizin hopdurulduğu ana südü ilə aşılanır.
 
 
Tarix boyu hətta ən pis vəziyyətdən belə, ən yaxşı çıxış yolu tapmaq bacarığı bizim əsas xilas çubuğumuz olmuşdur – istər 1915-ci il soyqırımı zamanı, istər sovet dövründə də, bolşeviklərin bizi zorla çərçivəyə atdıqları, hər tərəfdən düşmənlə əhatə etdikləri və bizi bizə məxsus olan ərazilərin bir hissəsindən uzaqlaşdırıb, oraları Gürcüstana və Azərbaycana bağışladığı dövrlərdə. Bu gün bütün tarix boyu çiçəklənən Ermənistana həsədlə baxan Türkiyə torpaqları haqqında mən artıq susuram (Təhqiramiz ifadələr işləndiyi üçün azacıq “redaktə etmək” məcburiyyətində qaldıq – Ovqat.com). 
 
Nə olursa olsun çiçəklənən ölkəmiz. Bəli, bu belədir və başqa yolumuz da yoxdur. Çünki sıxılmış əzələlərimizi yumşaltmağa haqqımız çatmır.
 
Bizə müttəfiqlərimizin sadəcə səxavətlə söz dəstəyi verməsinə baxmayaraq, təslim olmamalıyıq. Xüsusilə elə bir zamanda ki, Ərdoğan və Əliyev cütlüyü, nə qədər acınacaqlı olsa da, diplomatik zəmanətlər arxasında gizlənirlər.
 
Ermənistana və “Arsax”a qarşı Azərbaycan-Türkiyə təcavüzünün başlanması ilə Rusiyanın tutduğu və şəxsən Prezident Putinin səsləndirdiyi mövqe barədə artıq dəfələrlə danışılıb. Rusiya bu dövr ərzində özünün əsl "strateji müttəfiqliyini" bugünkü erməni xalqına beş kəlmə ilə göstərdi: “Müharibə Azərbaycan ərazisində gedir". Və yağlı bir nöqtə. Əlbəttə, Arsaxda yaşayan ermənilərin taleyi ruslar üçün heç bir əhəmiyyət kəsb etmir. Öz qanlı qardaşları ukraynalılara düşmən kimi yanaşan, öldürən, Ukrayna ərazisini zəbt edən Rusiya erməni xalqına çoxdan tüpürər və tüpürür. Türkiyənin pomidorları, Antalya və Azərbaycanın boru kəməri həmin Ermənistana verilən sözdən qiymətlidir.
 
Bütün bu illər ərzində Ermənistanın əməkdaşlıq etdiyi başqa bir ölkə İrandır. Bəli, razıyam ki, İran bizə dəstək verib. İran sayəsində Ermənistanın yaşamadığı iqtisadi blokada şərtləri bizi yalnız gücləndirdi. Və İran son müttəfiq deyildi ki, bu işdə bizə kömək etdi.
 
Amma Arazın o tayından gələn heç nə bizə pulsuz, müftə çatdırılmırdı! İslam ölkəsi ilə hər bir sövdələşmə xeyli pul hesabına, bəzən isə real dəyərindən daha böyük məbləğə başa gəlirdi. İran ruhaniləri Ermənistanın atdığı məcburi addımlar sayəsində bizdən daha çox pul qazanmaq şansı əldə etdilər və bundan səmərəli şəkildə faydalandılar. Ermənistana lazımi güc və vəsait, maddi təminat, yanacaq-sürtkü materialları və silahlar, yeri gələndə bilirsinizmi, niyə verilirdi? Çünki onun ərazisində təxminən 30 milyon etnik azərbaycanlının yaşadığını xatırlatmaq kifayətdir. İndi isə görünən budur ki, mollalar artıq həmin molla deyillər. Daha əvvəlki kimi, Şimali Azərbaycanı dəstəkləyənləri və birləşmək arzusunu ortaya qoyanları dəyənək və qaz bombaları ilə qovmurlar. Bəli, İranın dini lideri də elə etnik azərbaycanlıdır. Onun bu mövqeyinə nə deyə bilərik?
 
Bir çox sadəlövh ermənilər və politoloqlar İranın silah satışına qoyulan qadağanın zamanının bitdiyinə ümid edir, bunun İranın "dost" Ermənistana yardımına yaşıl işıq yandıracağına inanırlar. Amma bu ümid üçün heç bir əsas yoxdur! İran öz ərazisindən Ermənistana silah satışının və çatdırılmasının qadağan olunması barədə gurultulu bəyanat verərək, 30 illik qarşılıqlı faydalı əməkdaşlığın bitdiyini bildirdilər. Farslar onsuz da heç vaxt sədaqətləri və təmizliyi ilə fərqlənməyiblər. Güman ki, Azərbaycan ərazisində xarici hərbi bazaların yerləşdirilməsi təhlükəsi belə, artıq İran üçün aktual deyil. Görünür, onlar şiə müsəlman qardaşlarından ən yüksək səviyyədə təminat alıblar. Və tüpürəsən o müttəfiqliyə ki, regionda İsrailin mövcudluğuna qarşı siyasi iradə və qətiyyət qoya biləcək yeganə ölkə Ermənistandır. Farslar farsdırlar, bir sözlə.
 
Əlbəttə ki, İranın bu mövqeyində Rusiyanın hərbi sənayesinin silah bazarını kiminləsə bölüşmək istəməməsinin də rolu böyükdür, çünki İrana Ermənistana silah satma fürsəti verdikdə, Rusiya ayısı uzun illər rublsuz qalıb öz pəncəsini əmməyə davam edəcəkdi.
 
İran, başqaları kimi, situativ müttəfiqi olaraq bizə yaxınlaşır, amma bu, eyni zamanda bir asılılıqdan digərinə - Rusiyadan - fundamental İslamçılığa yuvarlanmaqdan başqa bir şey deyil. Razılaşın ki, bu, heç də doğru qərar sayıla bilməz.
 
Öz fikirlərimə qayıdaraq, dönə-dönə təkrarlayıram: KTMT-də iştirakımız bizim gələcəyimizin uçuruma yuvarlanmasıdır. Təbii ki, əgər hələ yuvarlanmayıbsa. İran və onun fars sahibinə gəlincə, onları Tanrıya həvalə edirik. Və yaxud öz dilləri ilə desək, Allaha.


Ana səhifəyə qayıt        Baxış: 5 293          Tarix: 19-10-2020, 11:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma