Xəbər lenti


 
Ermənistan hökumət başçısı Nikol Paşinyanın mətbuat katibi İrəvanın Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqlara hazır olması məsələsini şərh edib.
 
“Ermənistan Qarabağ probleminin sülh yolu ilə həllinə hazırdır və ATƏT-in Minsk qrupunun, xüsusən Rusiyanın səylərini yüksək qiymətləndirir”. 
 
Ovqat.com xəbər verir ki, Ermənistan Baş nazirinin mətbuat katibi RİA Novosti-yə açıqlamasında belə deyib..
 
Bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Facebook səhifəsində canlı yayımda bəyan etmişdi ki, indiki mərhələdə Qarabağ münaqişəsinin diplomatik yolla həllindən danışmaq mənasızdır.
 
Paşinyanın bu bəyanatından sonra mətbuat katibinin təcili əks mövqedən çıxış etməsi Ermənistan hakimiyyətinin çarəsizliyindən xəbər verir. Belə ehtimal yaranır ki, xarici erməni lobbilərinin təsiri altında müharibəni davam etdirmək məcburiyyətində qalan rəsmi İrəvan daha aşağı səviyyəli sözçüləriylə “qələt elədim” ərizəsi verirlər.


Ana səhifəyə qayıt        Baxış: 4 006          Tarix: 21-10-2020, 22:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma