Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
Yerevan ATƏT-in "Minsk qrupu" ölkələrinin vasitəçiliyi ilə Qarabağda atəşkəs rejiminin bərpası ilə bağlı dialoq aparmağa hazır olduğunu bəyan edib.
Ovqat.com xəbər verir ki, məlumatı Rusiyanın “RİA Novosti” agentliyi yayıb.
Agentliyin məlumatına görə, Ermənistan ATƏT-in "Minsk qrupu" ölkələrinin vasitəçiliyi ilə Dağlıq Qarabağda atəşin dayandırılması ilə bağlı danışıqlara başlamağa hazırdır. Nazirlik bu bəyanatı Facebook səhifəsində yayıb.
"Ermənistan Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqliyini saxlayır. Dağlıq Qarabağa qarşı bu təcavüzə (5) sərt və qətiyyətli cavabımızı davam etdirsək də, ATƏT-in "Minsk Qrupu" nun həmsədr ölkələrinin çağırışına 1994-1995-ci illərin sazişləri əsasında atəşkəs rejimini bərpa etmək üçün qoşulmağa hazırıq", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, ATƏT-in həmsədr dövlətləri dünən tərəfləri atəşi dayandırmağa və danışıqlara başlamağa çağırmışdı.
Di gəl ki, Ermənistanın bu çağırış qarşısında yekəxana mövqeyini davam etdirməsi onunla danışıq masasına oturmağa imkan vermir. Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış ərazidir və beynəlxalq qanunvericilik rəsmi Bakı qarşısında öz ərazisinin taleyi barədə kiminləsə danışıqlar masasına oturmaq öhdəliyi yaratmır. Ermənistan ordusu işğal etdiyi ərazidən tam çıxdıqdan sonra danışıqlardan söhbət gedə bilər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar