Xəbər lenti
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
Məxfi məlumatları Azərbaycana ötürməkdə ittiham olunan keçmiş MTX sədri həbs olundu
Azərbaycan Ordusunun cəbhədə ard-arda uğurlar qazanması, düşmənin saysız-hesabsız canlı qüvvəsinin və zirehli texnikasının məhv edilməsi Ermənistanda daxili çaxnaşmaları dərinləşdirir. Siyasi qüvvələr arasında qarşılıqlı ittihamlar, inamsızlıq ölkənin gündəlik ictimai-siyasi həyatının əsas hissəsini təşkil edir.
Erməni cəmiyyətində geniş müzakirə edilən əsas hadisə Milli Təhlükəsizlik Xidmətinin (MTX) istefaya göndərilmiş rəhbəri bağlıdır. Azpolitika.info xəbər verir ki, bəzi erməni nəşrlərinin yaydığı məlumatlara görə, Cəbrayılın işğaldan azad edilməsi A.Kərəmyanın Azərbaycan tərəfinə ötürdüyü məxfi məlumatların sayəsində baş tutub. İddialara görə, Kərəmyan Ermənistan ordusunun yerdəyişməsi haqda ən yüksək səviyyədə qorunan məxfi məlumatları Azərbaycana ötürüb və nəticədə Cəbrayıl itirilib.
Məlumata görə, hazırda Arqişti Kərəmyan həbs edilib, MTX-nin zirzəmisindədir. Onun ətrafında cərəyan edən proseslər tam məxfi saxlanılsa da, məlumat sızmasının qarşısını almaq mümkün olmayıb. Ermənistan MTX-i bu məlumatları ictimailəşdirən mənbənin axtarışına çıxıb, nəticə əldə edə bilməyib.
Ermənistandakı çaxnaşmanı dərinləşdirən ikinci hadisə isə eks-prezident Serj Sərkisyanın İngiltərənin “İndependent” nəşrinə verdiyi müsahibədir. S.Sərkisyan hərbi vəziyyət rejimini pozaraq baş nazir Nikol Paşinyanı Ermənistanın düşdüyü ağır vəziyyətə görə ittiham edib. Xələfini danışıqların formatını dəyişməyə cəhd etməklə əvvəlki illərdə qazanılmış uğurları məhv etməkdə ittiham edib. Daha sonra S.Sərkisyan N.Paşinyanın ona yönəltdiyi “Kazan danışıqlarında Dağlıq Qarabağın statusuna dair imkanları itirmək“ barədə ittihamını rədd edib.
Başqa bir qalmaqal isə Arayik Arutunyanın adından yayılan məktubdur. Siyasi partiyalarla keçirdiyi görüşdə N.Paşinyan siyasi partiya nümayəndələrinə bildirib ki, A.Arutunyan ona məktub yazıb ki, döyüşlər hökmən dayandırılmalıdır, tükənmişik, siyasi həll yollarına baş vurulmalıdır. Bir gün sonra isə A.Arutyunyanın mətbuat katibi belə bir məktubun mövcudluğunu uydurma adlandırıb. Açıq şəkildə Ermənistanın baş nazirini saxtakarlıqda ittiham edib.
Göründüyü kimi, Ermənistanda daxili vəziyyət hər gün gərginləşir. Paşinyanın müxtəlif vasitələrlə məblubiyyətin məsuliyyətini digər siyasi qüvvələrlə bölüşmək cəhdləri sərt təpki ilə qarşılanır. Azərbaycan Ordusunun davamlı uğurlarının qısa müddətdə düşmən ölkənin iflasını sürətləndirəcəyi artıq qaçılmazdır. Elə Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Böyük Britaniyanın “The Independent” nəşrinə müsahibəsi də onu deməyə əsas verir ki, yaxında Paşinyana qarşı ciddi daxili etirazlar baş qaldıracaq…
Sarkisyan məğlubiyyətdə Paşinyanı günahlandırır
Qarabağın işğalında müstəsna rol almış Sarkisyan “The Independent” nəşrinə açıqlamsında özünü “sülh göyərçini” kimi təqdim etməyə çalışıb. Erməni ordusunun məğlubiyyətini və geri çəkilməli olduğunu etiraf edən Sarkisyan, ermənilərə təskinlik verircəsinə deyib ki, hazırda Qarabağda gedən döyüşlərdə Azərbaycanın uğurları olduqca baha başa gəlir.
O da hazırkı Ermənistan rəhbərliyi kimi, guya Azərbaycan tərəfində muzdluların döyüşdüyü barədə yalanı təkrarlayıb. Sarkisyan Azərbaycanın hərbi uğurlarını və irəliləməsini etiraf etsə də, işğaldan azad olunan ərazilərin gerçək miqyasını gizlətməyə çalışıb.
Daha sonra sabiq prezident Ermənistanın indiki hökumətini və onun başçısını hazırda yaranmış durumun əsas günahkarı kimi təqdim edir. Sarkisyan qeyd edir ki, Azərbaycan rəhbərliyilə uzun illər aparılan danışıqlar Ermənistanın və qondarma “DQR”-in təhlükəsizliyini müəyyən qədər təmin etməyə imkan verirdi.
Lakin Paşinyan danışıqlar prosesinə “yeni nöqteyi-nəzərdən” yanaşmaqla, bugünkü durumun yaranmasına səbəb oldu: “Mənim xələfim bizim uzun müddət uğurla getdiyimiz yolla getmədi və özünün dediyi kimi, danışıqları öz nöqteyi-nəzərindən başlamaq qərarı verdi”.
Ermənistanın sabiq prezidenti bildirib ki, indiki müharibə Azərbaycan və Türkiyənin yüksək dərəcədə hazırlığının nəticəsidir: “Türkiyə PUA-ları Azərbaycanın hücumunun əsasını təşkil edir. Belə nəticəyə gəlmək olar ki, hərbi əməliyyatlarla bağlı qərarlar birgə verilir.”
Yenə heç bir fakt ortaya qoymadan, Azərbaycanın tam rəsmi və şəffaf şəkildə aldığı silahları, eləcə də guya Azərbaycanın xaricdən miuzdluları cəlb etməsi kimi cəfəng dezinformasiyaları əsas gətirərək, ermənilərin cəbhədəki məğlubiyyətini “malalamağa” çalışan sabiq prezident, bu münaqişənin hərbi yolla həllinin olmadığını iddia edib. Hansı ki, məhz onun aktiv iştirakı ilə 1990-cı illərdə Ermənistan bu münaqişəni hərbi yolla həll etməyə çalışıb, Dağlıq Qarabağı və ətraf rayonlarımızı işğal edib və uzun illər işğal olunmuş əraziləri bazarlıq predmeti kimi əlində saxlayıb. Və geri qaytarmağı heç düşünməyib də.
Həmin müsahibəsində bir tərəfdən münaqişənin yalnız danışıqlar yolu ilə həll edilməli olduğunu deyən Sarkisyan, digər tərəfdən söyləyib ki, İlham Əliyevlə təkbətək danışıqlara getməyin mənası yoxdur.
Azərbaycan Prezidentinin prinsipial mövqeyindən məyusluğunu gizlətməyən Sarkisyan deyib: “Mən qəti əminəm ki, Əliyevlə birbaşa danışıqlar böyük səhvdir. Çünki Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaq”.
Sonda yenə sülh çağırışı edən hərbi cinayətkar bildirib ki, sülh müharibə yox, yalnız danışıqlar vasitəsilə əldə edilə bilər. Onu da qeyd edək ki, sözügedən müsahibənin ümumi tonu və belə demək mümkünsə, ab-havası bütün erməni cəmiyyəti kimi, Sarqsyanın da məyusluğunu və ümidsizliyini nümayiş etdirib.
Azərbaycan tərəfi isə dərhal Sarkiyanın “timsah göz yaşlarına” layiqli cavab verib. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanın sabiq prezidentinin “The Independent”dəki müsahibəsinə cavab olaraq, öz “Twitter” hesabında yazıb: “O, Azərbaycanın mülki şəxslərinin öldürülməsində birbaşa iştirak edib. İndi özünü mələk və sülhsevər kimi təqdim etməyə çalışır. O, Azərbaycan üçün hərbi cinayətkar və uşaq qatilidir”.
Hazırladı: İ.SABİRQIZI
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar