Xəbər lenti



“Azərbaycan KİV və sosial şəbəkələrinin araşdırmaları göstərir ki, Azərbaycanda etnik ermənilərə qarşı nifrət təşviq olunur”.

Ovqat.com xəbər verir ki, Ermənistan İnsan Hüquqları Müdafiəçisinin (Ombudsman) ofisinin dünya ictimaiyyəti üçün yaydığı müraciətində belə deyilir.

Müraciətdə bildirilir ki, “Azərbaycanda ermənilərə qarşı nifrətin qızışdırılması üçün istənilən imkandan istifadə edilir, bu barədə KİV-də və sosial şəbəkələrdə çoxsaylı video və yazılar yer alır. Beynəlxalq ictimaiyyət bu faktlara diqqət yetirməlidir”.

Görünür, erməni Ombubsmanı sözügedən bəyanatla Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşamasının imkansızlığını sübata yetirməyə çalışır. Halbuki, Ermənistandan fərqli olaraq, Azərbaycanda hələ də 10 minlərlə erməni yaşamaqda, hətta hakimiyyətdə təmsil olunmaqdadırlar. Hesablasaq, sayları ilə hakimiyyətdəki təmsilçilikləri arasında ən yüksək nisbət də elə ermənilərə aiddir. Üstəlik, bizimlə açıq düşmənçiliyə getmələrinə, torpağımızın 20%-ni işğal, 10 minlərlə insanımız qətl etmələrinə rəğmən

Sirr deyil ki, Azərbaycan xalqı tarixən başqa mədəniyyətlərə, dinlərə, etniklərə həmişə tolerant yanaşmasıyla fərqlənib və bu gün də belədir. Dünyanın bəlkə də yeganə ölkəsiyik ki, bəzi şəhərlərimizdə yəhudi, xristian və müsəlman məbədləri yan-yana tikilib və aralarında heç bir problem olmadan fəaliyyət göstərirlər. Dini məbədlərin yan-yana düzülməsi hadisəsi qismən Qüdsdə də nəzərə çarpsa da, ordakı fərqli dindaşlar arasında ixtilaflar hökm sürür, bəzən bu sürtüşmələr ciddi ixtilaflara çevrilir. Azərbaycanda isə belə bir hal yoxdur və müxtəlif din mənsubları, etniklər eyni torpaqda mehriban ünsiyyət şəraitində yaşadıqları kimi, eyni cəbhədə çiyin-çiyinə döyüşərək şəhidlik zirvəsinə yüksəlirlər. Milli qəhrəmanlarımız arasında yəhudilərin, rusların və digər etniklərin də olması Azərbaycanın bu torpaqda yaşayan hər kəs üçün vətənləşdiyinin ən bariz təsdiqidir. Böyük Türk şairi demişkən, “Torpaq - əgər uğrunda ölən varsa - Vətəndir. Bəli, bu Vətən onu qanıyla suvaran və ərazi bütövlüyümüzü bərpa edən hər kəsin Yurdudur və bu ölkədə heç kimin heç kimdən üstünlüyü yoxdur. Üstünlük yalnız Vətənə xidmətlə ölçülür.

Azərbaycanın bu multukultural xarakteri, bəzən yanlış təbliğ olunduğu və ya başa düşüldüyü kimi, yalnız mövcud hakimiyyətin xarici güclər qarşısında götürdüyü hansısa öhdəlikdən də irəli gəlmir. Bu müqəddəs torpaqda əsrlər boyu multikultural dəyərlər hökm sürüb, sürməkdədir. Təsadüfi deyil ki, ölkəmizin dini və etnik mozaikası olduqca zəngindir və biz bir-birimizi özgələrə-doğmalara ayırmadan yaşayırıq. Əsrlər boyu Çindən-Avropaya qədər geniş coğrafiyalarda böyük imperiyalar yaradan babalarımızın vətəndaşlarına və ya təbəələrinə ədalətlə yanaşmaq siyasətindən irəli gələn bu xüsusiyyət Azərbaycan xalqının qanına hopub, günümüzə qədər daşınıb. Bu humanist yanaşmadan ermənilər də az faydalanmayıb. Biz heç bir zaman erməniyə özgə kimi baxmamış, əksinə kirvəmiz deyib əzizləmişik və bugünkü davamızın məğzi də özgə-doğma ayrıseçkiliyindən qaynaqlanmır. Azərbaycan xalqı Dağlıq Qarabağda mübarizəni ermənilərə qarşı yox, öz torpağına göz dikmiş rus imerializminin yerli qolçomaqlarına qarşı aparır. Hər bir ləyaqətli xalq bunu edərdi. Hətta deyərdim ki, bizim kimi 30 il səbrlə “Quran oxuya-oxuya donuzu darıdan çıxarmaq” istəyən, kiminsə qanını tökə-tökə yox, şirin dillə ərazi bütövlüyünü bərpa etməyə çalışan ikinci xalq demək olar ki, mövcud deyil.

Bizim yüzillər boyu ermənilərə də xüsusi simpatiya ilə yanaşdığımızı, onu özümüzdən ayırmadığımızı xalqınızın mənəvi dünyasının formalaşmasında müstəsna rol oynamış İmadəddin Nəsiminin bu qəzəli də sübut edir:


“Dərdmənd еtdin məni, еy dərdə dərman еrməni,
Olmuşam еşqin yolunda bəndəfərman, еrməni.
Nə pəri, nə adəmi bu şəkl ilə mən görmədim,
Cənnəti huri misən, yoхsa ki, rizvan, еrməni?”


Nə yazıq ki, Azərbaycan türkünün bu multikultural ağırbaşlılığını düzgün anlamayanlar da var və xalqımız bu qanmazlara layiq olduqları dərsi verməkdədir. Bu davanın adı ermənilərə qarşı mübarizə yox, Vətən müharibəsidir.




Ana səhifəyə qayıt        Baxış: 4 127          Tarix: 23-10-2020, 18:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma