Xəbər lenti

 
Rusiyanın Dağlıq Qarabağdakı son müharibə ilə bağlı yürütdüyü siyasət bir çox müəmmalarla doludur. Moskva bir tərəfdən ən yüksək rəsmisinin diliylə Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyünə aid ərazi olduğunu və buna görə də həmin bölgədə aparılan münaqişəyə qarışa bilməyəcəyini bildirir, bir tərəfdən Ermənistana silah-sursat göndərməkdən çəkinmir. Rəsmi İrəvan isə bununla kifayətlənmir, Rusiyadan hərbi texnika ilə yanaşı, Azərbaycan ordusu ilə döyüşəcək canlı qüvvə istəyir. Moskva da prosesə NATO üzvü olan Türkiyə, dolayısıyla həm də sözügedən Alyansın özü qoşular deyə, tərəfsiz görünməyə çalışır. Həqiqətdə isə İrəvana canlı dəstək verilib-verilmədiyi belə bəlli deyil.
 
Rusiyanın saman altından su yeridən bu ikibaşlı mövqeyi Azərbaycanda bəzi çevrələrdə yanlış qənaətlərin formalaşmasına yol açır. Bir çoxları Moskvanın guya Qərbpərəst Paşinyanı cəzalandırmaq üçün İrəvanın arxasından geri çəkildiyini düşünürlər. Halbuki, Rusiyanın Paşinyanı cəzalandırmaq üçün olduqca çox “rıçaqları” var və Moskva o “rıçaqları” bir kənara atıb Dağlıq Qarabağ kimi riskli kartı ortaya atmağa çalışmaz. Ən azı ona görə ki, Dağlıq Qarabağın itirilməsi Ermənistan qədər, Rusiyanın geosiyasi maraqlarına ziddir. Necə?
 
İstərsəniz, gəlin bu suala elə Rusiya analitiklərinin nötqeyi-nəzərindən cavab axtaraq.
 
Ovqat.com xəbər verir ki, Rusiyanın ünlü “Vzglyad” nəşrinin bugünkü buraxılışında dərc olunan “Dağlıq Qarabağın xilası Rusiyanın təhlükəsizliyi üçün vacibdir sərlövhəli yazısı bu suala kifayət qədər aydınlıq gətirir. 
 
Dmitri Barıninin müəllifliyi ilə qələmə alınmış məqaləni kiçik redaktə fərqiylə nəzərinizə çatdırırıq. 


 
 
Azərbaycan Prezidenti Türkiyənin xarici işlər naziri ilə görüşdə Dağlıq Qarabağda 200 yaşayış məntəqəsinin "azad edilməsi" barədə hesabat verib. Hadisələrin bu cür inkişafı Rusiyanın strateji maraqlarına ziddir. Ermənilər və türklər arasında etnik münaqişə nə qədər inkişaf etsə də, DQR-ni qorumaq bizim üçün vacibdir, əks halda NATO Xəzərə asanlıqla çıxış əldə edəcək.
 
Ermənistan-Azərbaycan münaqişəsi Rusiyada bir çoxları tərəfindən başqasının müharibəsi kimi qəbul edilir.
 
Bəli, Ermənistan Rusiyanın KTMT üzrə hərbi müttəfiqidir və Moskva bu haqda bütün öhdəliklərini təsdiq edir. Ancaq Dağlıq Qarabağ Ermənistan ərazisi deyildir. Deməli, Rusiya baş verənlərə müdaxilə etməməli, bununla da qonşu və bir sıra məsələlərdə mühüm tərəfdaşımız olan Azərbaycanla münasibətləri korlamamalıdır.
 
Kremlin həyata keçirməyə çalışdığı vasitəçilik və sülhməramlılıq missiyası eyni zamanda atəşi dayandırmaq istəyi ilə əlaqələndirilir - hər halda pis sülh yaxşı mübahisədən daha gözəldir, xüsusən də sərhədlərimizə çox yaxın ərazidə və etnik komponenti olan bölgədə “insan qəssabxanası”nın xeyri yoxdur və ola da bilməz..
 
 
Amma “bu müharibə nə ilə nəticələnəcək” məsələsi sanki ikinci dərəcəli problemdir – hər halda bizə yaddır, hər tərəfin isə öz həqiqəti var: azərbaycanlıların hüquqi (dövlət ərazisi), ermənilərin isə faktiki (hələ müharibədən əvvəl yaranmış etnik mənzərəni) amilləri ön plana çıxarır.
 
Təəssüf ki, bu, Rusiyanın obyektiv strateji maraqlarını nəzərə almayan problemə sadələşdirilmiş baxışdır. Rusiyanın əsas istəyi da ondan ibarətdir ki, Dağlıq Qarabağ Azərbaycan Ordusu tərəfindən tamamilə fəth edilməsin və Bakının nəzarətində olmayan bir bölgə kimi özünü qorusun.
 
Əslində, bu, Moskvanın yeni müharibənin ilk saatlarından tutduğu rəsmi mövqeyini də əks etdirir. İndi məhz bu mövqeyi “Arsax”ın xilası müəyyənləşdirir (ermənilər Qarabağı belə adlandırırlar), çünki taktiki təşəbbüs azərbaycanlılara məxsusdur. Ermənistan son (nihai) fəlakətdən və onu Qarabağla birləşdirən Laçın dəhlizinin itirilməsindən qaça bilsə də, əsasən geri çəkilməli olur və ermənilərin nəzarəti altında olan tanınmamış respublikanın əraziləri gündən-günə azalır.
 
Artıq qeyd edildiyi kimi, Dağlıq Qarabağın tamamilə Azərbaycana uduzması Rusiyanın təhlükəsizliyinin təmin edilməsi sahəsindəki vəzifələrinə ziddir.
 
Dağlıq Qarabağ Rusiyaya niyə lazımdır?
 
 
Dağlıq Qarabağda neft, qaz kəmərləri və ticarət marşrutları yoxdur. Bu dağlarda bizim üçün strateji əhəmiyyət kəsb edən heç bir şey mövcud deyil. Lakin Dağlıq Qarabağ Rusiya üçün, sadəcə, indiki halıyla çox vacibdir.
 
Bunu anlamaq üçün Azərbaycanın vaxtilə itirilmiş əraziyə nəzarəti bərpa etdikdən sonra izləyəcəyi davranışı təsəvvür etmək kifayətdir. Güman ki, o, nə vaxtsa Türkiyə (onun əsas patronu və ikinci Qarabağ müharibəsinin ilhamvericisi) kimi hərəkət edəcək. Qarabağı əldə etdikdən sonra NATO-ya daxil olacaq.
 
Rusiyada belə hesab edilir ki, separatçı birləşmələrin müəyyən bir dövlətdə mövcudluğu onun NATO nizamnaməsinə əsasən, Şimali Atlantika İttifaqına qoşulmasına mane olur. Əslində bu, tam doğru deyil: NATO nizamnaməsində belə bir şey yoxdur, ancaq qonşularla bütün ərazi mübahisələrini həlletmə tələbi 1999-cu ildə tətbiq olunan “üzvlüyün fəaliyyət planı”nın əks olunduğu təlimatda yer alır.
 
Belə bir şərt, təbii ki, NATO Nizamnaməsinin məşhur 5-ci maddəsinə görə (“bir ölkənin ərazisinə hücum bütün alyansa hücum sayılır”) qoyulub. Bütün ərazisinə nəzarət etməyən namizədlərə bu mənada öz problemlərini başqasının hesabına həll etməyə çalışan potensial təhlükəli aktivlır kimi baxılır. Rəsmi olaraq bu da əslində bir maneə deyil, praktikada isə ən əsas səbəbdir.
 
Postsovet məkanında bu cür maneələr çoxdur: Moldovada Dnestryanı, Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Ukraynada Krım və Donbass kimi problemlər həmin ölkələrin NATO-nun üzvlüyünə imkan vermir. Doğrudur, Şimali Atlantikanın sübhü Kiyevə heç bir şəkildə işıq salmır. Təsadüfi deyil ki, Tbilisinin NATO üzvlüyünə müraciət etdikdən cəmi bir neçə ay sonra Saakaşvili Cənubi Osetiya avantürasına əl atdı.
 
Azərbaycan üçün də Dağlıq Qarabağ belə bir sədd, qoruyucu və lövbərdir. Rəsmi olaraq Bakı Gürcüstan və Ukraynadan fərqli olaraq, NATO-ya hələ ki, can atmır. Lakin Azərbaycan dövləti öz milli arzusunu həyata keçirsə və ərazi bütövlüyünü bərpa etsə, Şimali Atlantika Alyansına üzv olmaq onun üçün zəruri addıma çevriləcək. Şübhə yoxdur ki, Bakı NATO – ya sadəcə qəbul edilməyəcək, həm də qolları ilə ona bağlanacaq.
 
Azərbaycanın Brüssel üçün üzvlüyü keçmiş Yuqoslaviyanın bütün tikələrindən daha qiymətlidir (onları alyansa yalnız Rusiyanı sıxışdırmaq arzusu ilə operativ şəkildə inteqrasiya etmişlər). Azərbaycan isə atlantistlərə hazırda malik olmadıqları imkanı– Xəzər dənizinə, həmçinin hərbi alyansın iki potensial düşmənin (şimalda RF və cənubda İranın) sərhədlərinə çıxışını təmin edə bilər.
 
Türkiyə belə bir qərar üçün əsas lobbiçi olacaq, lakin ABŞ da daxil olmaqla hər kəs Ankaranın bölgədəki rolunu tarazlaşdırmaq üçün çox onun bu təşəbbüsünə mübahisəsiz imza atacaq. İndi o, Azərbaycana təsir imkanı baxımından praktik olaraq “inhisarçı”dır, lakin ittifaq çərçivəsində təsirini ən azı amerikalılarla bölüşmək məcburiyyətində qalacaq.
 
Bakı NATO-ya gedən yolun bir hissəsi artıq keçib- o, "Sülh Naminə Tərəfdaşlıq" proqramının artıq assosiativ üzvüdür (Ermənistan kimi). Növbəti addımlar intensivləşdirilmiş dialoq (Ukrayna və Gürcüstan bu statusdadır) adlanır, ardınca NATO-ya üzvlük üçün müraciət mərhələsi gəlir, orada nəzərdə tutulan islahatlar həyata keçirilir. Bunları nəzərə alsaq, hər şey üzə çıxır: əgər erməni separatizmi aradan qaldırılarsa, NATO-nun Xəzərdə hərbi bazasının meydana çıxması zaman məsələsinə çevriləcək.
 
Bu zaman Azərbaycana mane ola biləcək yeganə məsələ, həqiqətən, öz siyasi xarakterinin Nizamnamədə qeyd olunan tələblərə uyğun gəlməməsidir: NATO-ya yalnız demokratik ölkələr qəbul edilir, halbuki Bakıda tipik Şərq despotizmi mövcuddur. Ancaq bu məhdudiyyətə güvənməməlisiniz - Qərb demokratiyası qazanclı bir işdir, mövcud rejim isə əbədi deyil.
 
Məsələn, Türkiyədə də hələ 1940-cı illərin ikinci yarısında tipik diktatura hökm sürürdü, lakin o, alyansın ilk genişlənməsi planına düşdü və rəsmi olaraq 1952-ci ildə NATO-ya daxil oldu.
 
Bir tərəfdən, onu həmin alyansa üzv olmağa fəal surətdə Vaşinqton sövq edirdi. Digər tərəfdən, demokratik dəyişikliklər Türk elitasının özünün arzularına cavab verirdi. Atatürkün varisləri bu arzu naminə hakimiyyətlərini riskə atmaqdan çəkinmirdilər (bu arada, çox keçmədən itirdilər), çünki onlara yalnız SSRİ-nin mümkün müdaxiləsindən sığortalanmaq lazım idi.
 
Ankarada Stalinə etibar etmirdilər və hesab edirdilər ki, o, Türkiyənin sovetləşdiriləcəyinə ümidini itirməyib, hələ Atatürk tərəfindən tanınmayan Sevr sülh müqaviləsi ilə İrəvanın geri çəkildiyi Van, Ərzurum və Trabzon torpaqları hesabına Ermənistan və Azərbaycan SSR-nin ərazisini genişləndirməyə çalışacaq. Bu təhlükəni birdəfəlik aradan qaldırmaq üçün Türklər alyansın "çətiri" altına keçdilər və daxili siyasi sabitliyi qurban verdilər.
 
Artsax” üzərində nəzarəti bərpa edən Azərbaycan erməni torpaqlarının son mənimsənilməsinə bənzər bir hədəfə gedəcəkdir. Bölgəsəl problemlərdən xilas olan Azərbaycan, NATO üçün o qədər dadlı bir ləçəyə çevriləcək ki, Atlantikçilər növbəti "rəngli inqilab"ın təşkilinə qədər "demokratik islahatları" təşviq etmək üçün çox yaxşı bir səbəbə sahib olacaqlar.
 
“Arsax” ermənilərə məxsus olaraq qalsa isə, Bakıda hansı hakimiyyətin oturmasından asılı olmayaraq,  bu amil onun Şimali Atlantika Alyansına daxil olmasına mane olacaq – könüllü olaraq Dağlıq Qarabağdan imtina edə bilməyəcəyi üçün (çünki bu, prinsipial məsələdir).
 
Beləliklə, tanınmamış erməni dövlətinin xilası Rusiya Federasiyası üçün siyasi vəzifəyə çevrilir. Müharibədən sonra onun sərhədləri nə qədər olacaq? – bu, ermənilər üçün vacibdir, amma ruslar üçün ikinci dərəcəli problemdir: bu məsələ tamaşanın gedişatı zamanı müəyyənləşəcək.
 



Ana səhifəyə qayıt        Baxış: 5 853          Tarix: 2-11-2020, 13:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma