Xəbər lenti


Ermənistan Maliyə Nazirliyi: "Bir günlük müharibə 30 milyon dollara başa gəlir". 

Müharibənin 37 gündür davam etdiyini nəzərə alsaq, bu, indiyə qədər aparılan hərbi əməliyyatlara 1 milyar 110 milyon dollar xərclənib.
Ermənistanın illik büdcəsi isə cəmi 2.8 milyarddır.

Üstəgəl, Azərbaycan Ordusunun vurub sıradan çıxardığı hərbi texnikalar var. İndiyədək düşmənin 2 milyard dollardan çox hərbi texnikasının göyə sovrulduğu bildirilir.

Yəni indiyədək Ermənistan bir illik büdcəsindən çox zərərə düşüb.
 
Mən hələ canlı itkisini demirəm.

Müharibənin bir az da eyni şiddətdə davam etməsi Ermənistanı tamamilə iflas etdirə, on illərlə altından çıxa bilməyəcəyi böhrana sürükləyə bilər.

Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 5 442          Tarix: 3-11-2020, 18:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma