Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
TasnimNews, İran
21.01.2021
20 yanvar 1990-cı il Azərbaycan xalqının müstəqillik və azadlıq hərəkatına başlaması ilə yadda qalsa da, Qafqazın tarixinə həm də misli görünməmiş cinayət günü kimi düşüb.
Qafqaz.ir xəbər verir ki, Azərbaycan xalqı 1990-cı ilin 20 Yanvar faciəsinin qurbanlarını yad edir. Bu hadisə ölkədə “Qara yanvar” hadisəsi adlandırılır.
1990-cı il yanvarın 20-nə keçən gecə Azərbaycana SSRİ-nin rəhbəri Mixail Qorbaçovun əmri ilə ağır zərbə vurulub. Həmin gecə Sovet ordusu Azərbaycan xalqına qarşı dəhşətli qətliam törədib. Bu, zərbaycan xalqının azadlıq hərəkatının başlaması ilə yanaşı, Qafqazın tarixinə misli görülməmiş cinayət kimi də düşüb.
Həmin gecə Sovet ordusu azadlıq və müstəqillik tələb edən bir xalq qarşı dəhşətli qətliam törədib. Bir gecədə Bakının küçə və meydanları qana boyanıb. Həmin gecə Azərbaycan xalqı zülmə və avtoritarizmə qarşı çıxaraq, öz qanı ilə ölkənin tarixində qızıl səhifə açıb. Nəticədə günahsız kişi, qadın və uşaqlar həyatını itirib. Lakin mübarizədən əzm və cəsarət göstərən Azərbaycan xalqı qalib çıxıb. Həmin gecə ölkənin yaşlı insanları da, gəncləri də soydaşlarına canları bahasına azadlıq ərməğan ediblər.
Azərbaycan xalqının azadlıq hərəkatını yatırmaq üçün Bakıya 60 mindən çox Sovet əsgəri cəlb edilmişdi. Həmin gün repressiv qüvvələr yaralılara kömək üçün gələn təcili yardım maşınlarını, xilasediciləri belə, atəşə tuturdu.
Keçmiş SSRİ Xarici İşlər Nazirliyinin rəsmi statistikasına əsasən, Bakı qətliamı nəticəsində 137 nəfər həlak olub, 744 nəfər yaralanıb, 841 insan hökumət qüvvələri tərəfindən həbs olunub. Qeyri-rəsmi statistikada ölənlərin təxminən 300 nəfər olduğu bildirilir.
Daxili İşlər Nazirliyinin elə o zaman açıqladığı məlumatda deyilirdi ki, hadisələr zamanı 200-dən çox ev dağıdılıb, 80-dən çox nəqliyyat vasitəsi yandırılıb.
“Qara yanvar” hadisəsinin şahidlərindən olan 54 yaşlı Valeh Hüseynov deyir ki, “yolları yük maşınları və inşaat texnikası ilə bağlamışdıq. İnsanlar bu barrikadaların qarşısına toplaşmışdılar. Bir müddət sonra qarşımızda üç tank peyda oldu. Sovet əsgərləri əvvəlcə xalqı təhqir etməyə başladı.
Ancaq biz onların təxribatına cavab vermədik. Lakin saat 23:45 radələrində insanlara atəş açmağa başladılar. Hər tərəfdə insanlar gülləbaran edilirdi. İnsanlar canlarını qurtarmaq üçün yük və minik maşınlarının arxasına sığınırdı. Lakin əsgərlər tanklarla maşınların üzərindən keçirdi.
Arxasında mənim də gizləndiyim yük maşınını da əzdilər. Yıxılmışdım. Ayağa qalxmağa çalışsam da, bacarmadım. Hər tərəf meyitlə, yaralılarla dolu idi. Sovet əsgərləri başını qaldıran hər kəsi güllələyirdi. Məni ölmüş hesab etdikləri üçün yanımdan keçib getdilər”.
Azərbaycan xalqı 20 Yanvar cinayətini unutçur. Onlar Bakının Şəhidlər Xiyabanında dəfn olunublar. Paytaxtda hadisə qurbanlarının şərəfinə abidə də ucaldılıb.
Hər il yanvarın 20-də ölkə əhalisi qətliam qurbanlarını yad edir. Bu gün Azərbaycanda matəm günüdür. Hər il olduğu kimi, bu il də xalq “Qara yanvar” qurbanlarının məzarlarını böyük kütləviliklə ziyarət edib.
Xatırladaq ki, 1995-ci ildə Qorbaçov “Bakıda fövqəladə vəziyyət elan etmək mənim ən böyük siyasi səhvim oldu” deyərək, Azərbaycan xalqından üzr istəyib.
(Fars dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: TasnimNews
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar