
Xəbər lenti
Bu gün, 21:00
Bu gün, 19:31
Bu gün, 16:30
Bu gün, 15:25
Bu gün, 11:52
Bu gün, 11:00
Bu gün, 09:28
Dünən, 23:45
Dünən, 21:58
Dünən, 20:26
Dünən, 18:08
Dünən, 15:30
Dünən, 14:37
Dünən, 13:07

25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Xirdalan şəhəri 27-ci məhəllə adlanan ərazidə uçqunla müşayiət olunan partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Ovqat.com-un Fövqəladə Hallar Nazirliyinə istinadən yaydığı məlumata görə, dərhal əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib, partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb.
FHN-in əməkdaşları tərəfindən operativ olaraq biri qadın və biri uşaq olmaqla iki nəfər xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Dağıntı altında qalan şəxs və ya şəxslərin olması ehtimalı nəzərə alınaraq axtarış-xilasetmə əməliyyatı davam edir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar