Xəbər lenti

 
Dünən yanvarın 26-də Amerika tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidenti Co Bayden arasında telefon danışığı olub. Tərəflər “Strateji hücum silahlarının daha da azaldılması və məhdudlaşdırılmasına dair müqavilə”ni beş il müddətinə uzatmaq qərarına gəliblər.
 
Ovqat.com-un məlumatına görə, V.Putin Rusiya XİN-ə ABŞ Dövlət Departamenti ilə sazişin uzadılması və bütün zəruri texniki məsələləri razılaşdırmağı tapşırıb, prosesə rəhbərliyi Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkova həvəla edib.
 
Bildirilir ki, Putin dünən həmçinin Rusiya Federasiyasının Dövlət Dumasına müvafiq sənəd təqdim edib. Saziş ratifikasiya üçün Federasiya Şurası tərəfindən təsdiqlənməlidir.
 
Ryabkovun sözlərinə görə, amerikalılar Rusiya şərtlərini qəbul ediblər və ilkin şərtlər, hər hansı əlavə və arqumentlər olmadan sazişi beş il müddətinə uzatmağa razılıq veriblər: “Bu, qarşılıqlı faydalı qərardır”, - Ryabkov belə deyib.
 
“Strateji hücum silahlarının daha da azaldılması və məhdudlaşdırılmasına dair müqavilə” Barak Obamanın dövründə bağlanmışdı və Co Bayden də bu sazişi hələ o dövrdə dəstəkləmişdi. Odur ki, Donald Tramp tərəfindən ləğv edilən sazişin yeni administrasiya tərəfindən bərpa olunması təəccüblü deyil. Fəqət ekspertlər Baydenin bu addımının Rusiya ilə münasibətləri yaxşılaşdıracağı anlamına gəlmədiyini düşünürlər. Əksinə, ABŞ-ın bu müqavilənin şərtlərini də əsas gətirib təzyiqləri artırması gözlənilir.

Ovqat.com
 


Ana səhifəyə qayıt        Baxış: 4 558          Tarix: 27-01-2021, 19:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma