Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
Bu gün Qaradağ rayon Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Ovqat.com APA-ya istinadən xəbər verir ki, hakim Rəşad Mustafayevin sədrlik etdiyi prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, Ə. İnsanov cəza çəkdiyi müəssisədə psixotrop maddələr əldə edib və saxlayıb. Aparılan yoxlama zamanı həmin vasitələr aşkar edilib. Bununla bağlı protokol tərtib edilən zaman Ə. İnsanov protokol yazan Penitensiar Xidmət əməkdaşı Anar Məmmədova hücum edib, onun poqonunu cırıb və itələyib. A. Məmmədov yıxılaraq başından xəsarət alıb.
Ə. İnsanov ittihamlarla razılaşmadığını, əsassız olduğunu deyib. Daha sonra iclasda zərərçəkmiş Anar Məmmədov ifadə verib. O, ittiham aktında yazılanları təsdiq edib.
İclasda hal şahidi olan məhkumlar - Rövşən Salahov, Şünasib Əliyev, şahid, keçmiş məhkum - Anar Təhməzov, Penitensiar Xidmətin əməkdaşı Fizuli İsmayılov da ifadə verərək ittiham aktında yazılanları təsdiq ediblər. Proses aprelin 19-da davam edəcək.
Qeyd edək ki, bir müddət əvvəl Ə. İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə cinayət işi başlanıb.
Ə. İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilib. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. Ə. İnsanovun cəza müddəti ötən ilin oktyabr ayında başa çatırdı.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar