Xəbər lenti
Dünən, 23:30
Dünən, 20:17
Dünən, 16:49
Dünən, 15:30
Dünən, 14:18
Dünən, 13:53
Dünən, 11:19
Dünən, 10:14
Dünən, 09:24
28-11-2024, 22:53
28-11-2024, 21:42
28-11-2024, 20:38
28-11-2024, 18:24
28-11-2024, 17:12
28-11-2024, 16:24
28-11-2024, 16:00
Yanvar ayının 31-də bazar günü Tarif Şurası“Azərsu”ASC-nin müraciətini müzakirə edərək əhaliyə satılan içməli suyun, eləcə də tullantı sularının axıdılmasına görə mövcud tariflərin 2 dəfə, yəni 100% artırılması ilə bağlı qərar qəbul etmişdir.
Tarif Şurasının milyonlarla isterhlakçının rəyini nəzərə almadan belə qərar verməsi hər hansı bir məntiqə sığmamaqla yanaşı onsuz da pandemiya və işsizlik səbəbi ilə ağır sosial-iqtisadi durumla üzləşmiş insanımızın vəziyyətinin daha da ağırlaşmasına səbəb olacaqdır. Yüz minlərlə insanın işsiz qaldığı, əhalinin gəlirlərinin azaldığı bir dövrdə verilən məntiqsiz və heç bir çərçivəyə sığmayan bu tip qərarlar birmənalı olaraq xalqa sayqısız yanaşmanın və etinasız münasibətin təzahürü kimi qiymətləndirilir.
Suyun qiymətinin artırılması ilə əlaqədar uydurulan bəhanələrin əhalinin mövcud gəlirləri ilə heç bir uyğunluq təşkil etmədiyini bildirən Milli İstiqlal Partiyası həmçinin, qərarın əsaslandırılması üçün ayrı-ayrı ölkələrlə aparılan müqayisəni də kökündən yanlış müqayisə olaraq qiymətləndirir. Tarif Şurası su qiymətlərini digər ölkələrlə müqayisə edərkən nədənsə həmin ölkələrdə əhalinin orta aylıq gəlirlərinin müqayisəsini aparmağı “unudaraq” yalnız özünə sərf edən formada quru statistik rəqəmlərə istinad edir. Qiymətin artırılmasını guya su infrastrukturunun yaxşılaşması, su təsərrüfatında çalışanların əməkhaqlarının yüksəlməsi, eyni zamanda su sərfiyyatına qənaətin ediləcəyiilə əlaqələndirilməsi isə növbəti dəfə diletantcasına vətəndaşı aldatmağa xidmət edir.
Azərbaycan Milli İstiqlal Partiyası, Tarif Şurasının bu qəbildən olan qərarlarını işsizlikdən, yoxsulluqdan, ehtiyacdan əziyyət çəkən xalqımıza qarşı təhqir kimi qiymətləndirir və öz yarıtmaz fəaliyyəti ilə insanımızın vəziyyətini hər keçən gün daha da çətinləşdirən hökumətin dərhal istefa verməsini tələb edir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar