Xəbər lenti


Laçın şəhəri, Zabux və Sus kəndlərində yaşayan ermənilər illər əvvəl işğal etdikləri əraziləri tərk edərkən, evləri yandırır və görüntüləri çəkərək sosial şəbəkələrdə yayırlar. Sanki bununla öz şovinistliklərini və vəhşiliklərini nümayiş etdirirlər. Görəsən, ermənilər niyə ancaq dağıtmaqla, yandırmaqla məşguldurlar və bu utancverici xislətlərini gizlətmək belə istəmirlər? 

 

Ovqat.com-un suallarını cavablandıran politoloq Kamal Əliyevin fikrincə, ermənlər təkcə indi deyil, 90-cı illərdə Qarabağı işğal edərkən də dağıtmaqla, yandırmaqla məşğul olublar: “Əvvəlcə onu nəzərinizə çatdırım ki, ermənilərin Laçını tərk etməsi haqqında elə bu ölkənin mediasında dərc olunan dünənki məlumatlara görə, proses sentyabrın 1-ə dəyişdirilib. Məncə, 5 gün tez-5 gün gec ermənilər 2020-ci il 10 noyabr razılaşmasına əsasən ərazini tərk etməlidirlər. Doğrudur, onlar düşünürdülər ki, Laçın dəhlizini əvəz edəcək yol 2023-cü ildə hazır olacaq. Beləcə, əlavə 1 il də Laçında, Zabuxda və Susda qalacaqlar. Amma Azərbaycan tərəfi vaxtından əvvəl yolu çəkməklə, ermənilərin arzusunu gözlərində qoydu. Digər tərəfdən, ermənilər həmişə yandırmağa, oğurlamağa, dağıtmağa meyilli insanlar olublar. Eybi yoxdur, qoy dağıtsınlar, biz yenidən vətəndaşlarımız üçün evlər tikərik. Çünki qalib tərəf bizik, son 20-25 ildə ermənilər Qarabağda heç nə tikib yaratmadılar. Ona görə ki, ermənilər də onun fərqində idilər ki, Qarabağın sahibləri gec-tez öz dogma yurdlarına qayıdacaqlar".

 

Kamal Əliyev onu da bildirdi ki , Laçındakı evlər 2012-ci ildə Ermənistan Nazirlər Komitəsinin büdcə pulları hesabına tikilmişdi və ona görə də hökumət onlardan tələb edirdi ki, evləri yandırmasınlar, əvəzində sakinlərə kompensasiya ödəniləcək: "Ermənistan hökuməti Laçında yaşayan ermənilər demişdi ki, evlərinizi tərk edərkən yandırmayın, bunun əvəzində hər ailəyə bizim pulla 41 min 300 manat pul ödənilək. Ermənilər isə buna da məhəl qoymadılar. İndi görürük ki, yaşadıgları evləri yandırırlar. Hələ bunu çəkib qürurla sosial şəbəkələrdə də yayırlar. İndi məlum olub ki, ABŞ-da fəaliyyət göstərən erməni diaspor təşkilatı ANCA, imkanlı daşnaklar onlara söz veriblər ki, evləri yandırın, biz sizin hər birinizə 61 min 400 dollar pul ödəyəcəyik. Erməni də aferistdir və hesablayır ki, 61 min 400 dollar pul 41 min 300 manatdan daha çoxdur. Gördüyünüz kimi, tipik erməni bicliyidir bu" - deyə müsahibimiz bildirdi.

 

Kamal Əliyev onu da qeyd etdi ki, artıq Zabuxda evi yandırılan Livan ermənilərindən birinə Kəlbəcərlə sərhəddə yerləşən Basarkeçər rayonunun Semyonvka kəndində ev verilib. Politoloqun bildirdiyinə görə, Livan ermənisinə evi verən Xankəndidəki separatçılardan olan Artak Qalstyandır və o, bunun üçün 25 min dollar xərcləyib.

 

Kamal Əliyev Laçının Azərbaycan üçün daşıdığı strateji əhəmiyyətindən danışarkən bildirdi ki, ermənilər Xankəndiyə bu marşrutla silahlı terrorçularını, agır silahlarını daşıyırdılar: “İllərdir separatçılar Laçın yoluyla silah-sursatdan savayı, narkotika ticarətiylə də məşgul olublar. İndi onlar bu cinayətlərdən də məhrum olublar. Üstəlik, ərazidə müvəqqəti yerləşdirilən rus hərbçiləri də son vaxtlar erməni silahlı ünsürlərinin bölgədən getməsində maraqlıdırlar. Hətta buna görə, Ermənistan cəmiyyətində anti-Rusiya əhval-ruhiyyəsi hər keçən gün daha da artır. Ermənilər indiyəcən arxayın idilər ki, ruslar bunları qoruyacaq və beləliklə işğalı sona qədər davam etdirə biləcəklər. Ancaq bu olmadı və hazırda geopolitik üstünlük və əlverişli siyasi konyuktura da Azərbaycanın tərəfindədir".

 

Ovqat.com

 




Ana səhifəyə qayıt        Baxış: 6 459          Tarix: 20-08-2022, 06:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma