Xəbər lenti


 

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi,  general-mayor Bəkir Orucovun saxlanılıb.

 

Ovqat.com-a bu barədə məlumat MN-dəki etibarlı mənbələrdən daxil olub. 

 

Onun hansı cinayət əməli törətməsi tam məlum deyil. Mənbəmiz saxlanılma əməliyyatının "Tərtər işi" ilə bağlı aparılan araşdırmalar çərçivəsində baş verdiyini bildirir. 

 

Hələ ki, hadisə ilə bağlı rəsmi məlumat yayılmayıb.

 

Qeyd edək ki, general bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi vəzifəsində çalışıb. O, ötən ilin sentyabr ayında Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi vəzifəsindən azad edilib, Müdafiə Nazirliyinin Şəxsi Həyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi təyin olunmuşdu. Yəni yeni vəzifəsində “çiçəyi burnunda” kadrlardan sayılırdı. “Tərtər hadisələri”nin 2017-ci ildə baş verdiyini nəzərə alsaq, həmin vaxt Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi işləyən Bəkir Orucovun bu işdə hansı “xidmətlərinin” olduğu maraq doğurur. Ümidvarıq ki, ya istintaq orqanları, ya da Müdafiə Nazirliyi yaxın saatlarda bu müəmmaya aydınlıq gətirər.

 

İnformasiya dəqiqləşdirilir və əldə etdiyimiz yeni məlumatları oxucularımızla bölüşəcəyik.


Ovqat.com-un şərhi

 

General-mayor Bəkir Orucovun Tərtər hadisələrindəki roluna görə saxlanılması xəbəri öz təsdiqini taparsa, bir sıra müəmmalı suallar ortaya çıxacaq.


Anlaşılmaz olan təkcə Tərtər hadisələri zamanı Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi vəzifəsində işləyən general-mayor Bəkir Orucovun səlahiyyətində olmayan sahəyə necə necə müdaxilə etməsi deyil. Həm də bu hadisədən 4 il sonra, yəni 2021-ci ilin 28 sentyabrında hansı əsasla  Müdafiə Nazirliyinin Şəxsi Həyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi təyin edilməsidir. 


Belə çıxır, Tərtər hadisələrdə göstərdiyi əvəzsiz qabiliyyət və əsgərləri “tərbiyyə üsulu” həmyerlisi Zakir Həsənovun o qədər xoşuna gəlib ki, onu gətirib birbaşa Müdafiə Nazirliyinin “əsgər tərbiyə” etmək idarəsinə rəhbər qoyublar. Yəni əməlli-başlı mükafatlandırıblar. Özü də nə vaxt? Tam 44 günlük müharibənin başlanmasının 1-ci ildönümündə. Görünür, 44 günlük müharibədə böyük sücaətlər göstərmiş əsgərlərimizin də “xüsusi tərbiyyələndirilmə”lərinə ehtiyac duyulub. Eynilə Tərtər hadisəsində olduğu kimi...




Ana səhifəyə qayıt        Baxış: 6 377          Tarix: 2-09-2022, 07:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma