Xəbər lenti

 

 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Beynəlxalq Məsələlər üzrə sədr müavini Elşən Mustafayev İsveçdə səfərdədir. 

 

AMİP Mətbuat Xidmətindən Ovqat.com-a verilən məlumata görə, səfər AMİP-in müttəfiqi olan İsveçin Moderat partiyasının dəvəti ilə baş tutub. 

 

Hazırda Elşən Mustafayev Stokholmda Moderat partiyasının lideri Ulf Kristerssonun seçki kompaniyasında iştirak edir və sentyabrın 11-də -  seçki günü beynəlxalq müşahidəçilərlə birlikdə seçki dairələrinində,  məntəqələrində müşahidələr  aparacaq və səsvermə başa çatandan sonra Moderat partiyasının rəhbərliyi və namizədləri ilə birlikdə seçkilərin nəticələrini canlı müşahidə edəcək. 

 

Qeyd edək ki, Moderat partiyası İsveçin əsas və ən köklü pariyalarından biridir və proqnozlara görə, bu seçkilərdən sonra Moderat partiyasının İsveçin yeni hökumətini öz koalisiya ortaqları ilə formalaşdıracağı gözlənilir. AMİP-in Moderat partiyası ilə münasibətləri Beynəlxalq Demokrat İttifaqı çərçivəsində formalaşıb və bu əlaqələr 2000- ci ilin əvvəllərindən ikitərəfli müttəfiqliyə çevirilib.

 




Ana səhifəyə qayıt        Baxış: 5 688          Tarix: 9-09-2022, 15:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma