Sentyrabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin daglıq relyefi və mövcud idarə boşluqlarından istifadə edərək, Kəlbəcər, Laçın, Daşkəsən istiqamətində geniş miqyaslı təxribat törədiblər. Azərbaycan MN-in yaydıgı məlumata görə, erməni tərəfi hücum təyinatlı silashlardan və agır artilleriyadan istifadə edib və itkilər var.
Cəbhə xəttində baş vermiş gərginliklə əlaqədar politoloq Kamal Əliyevin fikirlərini öyrəndik. Həmsöhbətimizin Ovqat.com-a verdiyi açıqlamaya görə, erməni silahlılarının Basarkeçər, İstisu, Qarakilsə və Gorus istiqamətində yerləşən mövqelərindən Azərbaycan hərbçilərinin yerləşdirdiyi ərazilərə qarşı keçirdiyi əməliyyatlar birmənalı olaraq sabotajdır, təxribatdır və suverenliyimizə qarşı sui-qəsddir: "Mən belə hesab edirəm ki, Paşinyan hökuməti öz patronundan, havadarlarından icazə alaraq belə agır provokasiyaya cəhd etdi. Bu, sıradan bir hərəkət deyil və ermənilərin 44 günlük Vətən müharibəsinin nəticələrindən ibrət almadıgını göstərir. Yadınıza salım ki, avqustun 5-də Türkiyə prezidenti Ərdogan və Rusiyanın dövlət başçısı Putinin görüşü ərəfəsində də ermənilər təxribata əl atmışdılar. Daha sonra biz erməniləri Laçından çıxardıq. Sentyabrın 15-16-da Səmərqənd şəhərində ŞƏT-in toplantısı keçiriləcək və orada gözlənilir ki, Putin-Ərdogan-Əliyev-Paşinyan görüşü baş tutsun. Mənim ehtimalım budur ki, ya Paşinyan bu formatda görüşdə iştirak etmək istəmir, ya da onun himayədarları bu dördtərəfli görüşə qarşıdırlar. Məndə belə bir qənaət var ki, Səmərqənd görüşündə konkret Zəngəzur koridoru məsələsi də gündəmə gəlsin. Ola bilsin ki, Paşinyan bunu əvvəlcədən görür və bu sayaq preventiv təxribata əl atır. Həmişə dediyim kimi, Paşinyan və onun komandası Qarabag probleminin həllini maksimum yubadacaq".
Kamal Əliyev ona da aydınlıq gətirdi ki, Paşinyanın təcili Təhlükəsizlik Şurasının iclasını keçirməsi, gecənin bir yarısında Fransa prezidenti Makrona və Putinə zəng vurması onun həyacan keçirməsindən xəbər veri: "Təbii ki, Paşinyan aqoniya içindədir və dərk edir ki, təxribata əl atması və buna verilən adekvat, layiqli cavab həm onu, həm də xaricidəki havadarları, diasporanı ciddi narahat edir. Yadınızdadırsa, 44 günlük müharibədə də Paşinyanın zəng etmədiyi dövlət başçısı qalmamışdı. Yenə də deyirəm ki, Paşinyan və onun arxasında duranlar Qarabağ probleminin birdəfəlik həllində, dövlət sərhədlərinin müəyyənləşməsində, Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil. Paşinyan qeyri-adekvat siyasi fiqurdur. Bu adam Brüsseldə başqa şey danışır, Putinin yanında ayrı nagıllara baş vurur. Dediyim kimi, Nikol sərrast biri deyil və bundan sonra da cəbhə xəttində təxribatlara əl atacaq. Ancaq biz də cavabını artıqlamasıyla verəcəyik. Ermənilər başa düşməlidirlər ki, Qarabağ probleminin birdəfəlik həlli onların da, bizim də Rusiyadan qurtuluşudur. Əks təqdirdə, Kreml Cənubi Qafqazda daha da möhkəmlənəcək. Bu baxından, Ermənistan nə Rusiyaya, nə də Qərbdəki havadarlarına güvənmədən Azərbaycanla birbaşa dialoqa can atmalıdır. Yox, əgər Yerevan sülh istəmirsə, o zaman Azərbaycan ordusu doğru addımlarını atmaqda davam edəcək" - deyə Kamal Əliyev dedi.
Ayşəm Əlili
Paylaş: