Hindistanın “TFIGlobal” qəzetinin Çindəki mənbələrə istinadən verdiyi məlumatlara görə, Çin Xalq Respublikasının sədri Si Cinpin devrilib.
Ovqat.com-un məlumatına görə, onun Şanxay Əməkdaşlıq Təşkilatının toplantısından təcili ölkəyə gəldiyi və ordu generalları tərəfindən hakimiyyətdən uzaqlaşdırıldığı iddia olunur.
Çevrilişin arxasında Çin Kommunist Partiyasının Mərkəzi Komitədinin daimi üzvü,105 yaşlı Sonq Pinqin olduğu bildirlir. İddialara görə, Pinqinin başçılıq etdiyi qrup ordu generalları ilə birləşərək Çin prezidentini vətənə xəyanətdə ittiham edib və onu hakimiyyətdən uzaqlaşdırıb. Hazırda Cinpinin ev dustağı olduğu deyilir.
Onun sentyabrın 21-də Pekində keçirilən milli müdafiə və hərbi islahatlara dair seminarda iştirak etməməsi də iddiaların əsas dəlili kimi önə sürülür. Nəşrin fikrincə, bunun yalnız iki səbəbi ola bilər: ya o, son dərəcə xəstədir, ya da artıq yüksək vəzifə tutmur.
Nəşr Çində mümkün hakimiyyət dəyişikliyinin bir başqa əlaməti kimi Rusiyanın «Sibir gücü» qaz kəmərinin bağlanmasını göstərir.
Qeyd edək ki, “Qazprom”un açıqlamasında bildirilirdi ki, sentyabrın 22-dən 29-na kimi qazın nəqli öncədən planlaşdırılmış təmir işləri ilə əlaqədar dayandırılıb. Hindistan qəzeti isə buna inanmır və Çində hakimiyyətin Kremlə dost olmayanlar tərəfindən əllərə keçirilmiş ola biləcəyini irəli sürür.
Yeri gəlmişkən, dünən Nyu-Yorkda Çinin xarici işlər naziri Wang Yi ilə görüşən ABŞ Dövlət Departamentinin sədri Entoni Blinken Çini Rusiyanı dəstəkləməməyə çağırmış, əks halda bunun ağır nəticələrinin olacağını həmkarının diqqətinə çatdırmışdı.
Ovqat.com
Paylaş: