Xəbər lenti


"Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyanın baş redaktoru oldugu qəzetdə çıxan məqalədə təsbit olunmuş təkliflərdə qeyri-adi heç nə görmürəm və bu, rəsmi Bakının bir müddət əvvəl Ermənistan hökumətinə təklif etdiyi məlum 5 prinsipin yenidən xatırlanmasıdır.Demək istədiyim budur ki, Paşinyanın ailə qəzetindəki məqalə sanki erməni cəmiyyətinin nəbzini ölçməyə hesablanıb. Məsələn, məqalədə yazılan Qarabagdakı erməni hərbi-birləşmələrin ləgv edilməsi və yaxud bölgədən çıxarılması, ərazidə yaşayan ermənilərə heç bir statusun verilməməsi, Qarabagın Azərbaycanın bir hussəsi kimi tanınması, Ermənistan ərazisindən keçən dəhlizin açılması, 90-cı illərdə baş verən müharibədə itkin düşmüş azərbaycanlıların taleyi haqqında dəqiq məlumatın verilməsi,sərhədlərin müəyyən edilməsində 1919-1920-ci illərin xəritələrinə istinad edilməsi prinsipcə, Azərbaycanın indiyəcən ortaya qoydugu tələblərin mahiyyətidir. Sadəcə, Nikol öz ailə qəzetində elə öz fikirlərini ortaya qoyub. Məqsəd də budur ki, görək ermənilər buna necə reaksiya göstərəcəklər".


Bu fikirləri Ovqat.com-a açıqlamasında politoloq Kamal Əliyev deyib.


Kamal Əliyevin sözlərinə görə, "Haykakan Jamanak"qızetində çıxan məqalə həm də aldadıcı xarakter daşıya bilər və Nikol Paşinyanın bu gün dediyini sabah inkar etdiyini biz nəzərdən qaçırmamalıyıq. Həmsəhbətimizin fikrincə, bu həftə Praqada Avropa İttifaqının qeyri-rəsmi samiti keçiriləcək və Paşinyan da sammitə dəvət olunub: "Bilirsiniz ki,Praqada keçiriləcək sammitdə Paşinyan iştirak edəcək və məlum zirvə ərəfəsində Paşinyan mümkündür ki, Azərbaycanın mövqeyinə cavab verən məqalə yazdırmaqla Qərbə göstərmək istəyir ki, o, qarşı tərəfə müəyyən güzəştlərə gedə bilər, amma erməni cəmiyyətinin bunu qəbul etməyəcəyini də nəzərə almaq lazımdır. Məncə, Paşinyan ikili oyun oynayır və sanki özünü sığortalayır. Biz axı Paşinyanın siyasi addımlarına, ritorikasına bələdik.Yadınızdadırsa,Paşinyan bir müddət əvvəl Ermənistan parlamentində dedi ki, mənə xain desələr də, sülh müqaviləsini imzalayacagam. Sonra bur qrup erməni İrəvandakı hökumət evinin qarşısına toplaşan kimi, Paşinyan dediyindən geri addım atdı.Yəni deməyim budur ki, Paşinyanın dedikləri və yazdırdıqları arasında qeyri-parallelik, səmimiyyətsizlik var",- deyə Kamal Əliyev bildirib.


Nicat Əlili





Ana səhifəyə qayıt        Baxış: 5 671          Tarix: 4-10-2022, 06:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma