Xəbər lenti


Paşinyan erməni ictimaiyyətinə xoş gəlmək üçün Praqa sammitindən dərhal sonra bu statusu paylaşıb

«Praqada mən bütün regional kommunikasiyaların blokdan çıxarılması təklifimizi bir daha təsdiqlədim. Azərbaycan yenə də müsbət cavab vermədi. Yenə deyirəm, Ermənistan suverenliyimizə və qanunvericiliyimizə tam hörmətlə yanaşaraq bütün regional kommunikasiyaların açılmasına hazırdır”.

Doğrudan da sammitin bəyanatına nəzər salanda sənəddə kommunikasiyaların açılması barədə hər hansı müddəanın yer almadığını görə bilərik. Sual olunur: bəs, Azərbaycan Prezidenti niyə bu təklifə müsbət cavab verməyib?

Ovqat.com-un məlumatına görə, bu sualın cavabı Prezident İlham Əliyevin sammitdən sonra jurnalistlərə verdiyi müsahibəsində dilə gətirdiyi fikirlərdə aydın şəkildə öz əksini tapıb:

 "Əlbəttə ki, kommunikasiyaların açılması - bu, mümkün sülh müqaviləsinin hissəsi deyil, bu, mahiyyətcə artıq olmalı idi. Ona görə ki, bu, Ermənistanın 2020-ci il noyabrın 10-da götürdüyü, amma yerinə yetirmədiyi öhdəlikdir. Bu gün mən Ermənistanın baş nazirinə yenə də müraciət edəndə ki, nəhayət bizə avtomobil yolu üçün marşrut verin, təəssüflər olsun, yenə də cavab ala bilmədim. Bu, hətta gülməli də deyil, çünki orada o qədər də böyük sahə yoxdur. 

Hamı bilir ki, dəmir yolu və avtomobil yolu haradan keçməlidir. Bizə Naxçıvana könüllü olaraq keçid verilməməsi anlaşılan deyil.  Öz öhdəliyini pozmaq, əlbəttə, son dərəcə biabırçı faktdır.  Lakin biz hələ səbir edirik, təmkin göstəririk. Əminəm, biz buna da nail olacağıq, yaxşı olardı ki, gec deyil, tez olsun. Buna görə də bu suallar fikrimcə, ölkə rəhbərləri səviyyəsində noyabrda planlaşdırılan Brüssel görüşünün gündəliyində də, xarici işlər nazirlərinin tarixi hələ müəyyən edilməyən görüşündə də, bu ay Brüsseldə bizim təklifimizlə təşkil olunacaq delimitasiya üzrə görüşlərdə də üstünlük təşkil edəcək", - İlham Əliyev deyib.







Ana səhifəyə qayıt        Baxış: 5 986          Tarix: 7-10-2022, 11:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma