
Krım hələ də Ukraynaya məxsus HIMARS çoxlüləlli raketatan sistemlərinin mənzilindən kənardadır, lakin vəziyyət sürətlə pisləşir.
Ovqat.com xəbər verir ki, Rusiya hərbi dairələrinə yaxınlığı ilə tanınan Avia.pro saytı bu barədə məlumat yayıb.
Məlumata görə, Ukrayna ordusunun gözlənilən güclü hücumu və Ukrayna Silahlı Qüvvələrinin Kaxovskaya Su Elektrik Stansiyasının bəndini vurmaq riski ilə əlaqədar Xerson vilayətində çətin vəziyyət yaranıb. Bu çətin vəziyyət fonunda Rusiya Silahlı Qüvvələrin Ukrayna ordusu qarşısında daha da cənuba doğru çəkilə bilər. Nəticədə Krım yarımadasının HIMARS mənzilinə daxil olması təhlükəsi yaranar. İddiaya görə, Krımın HIMARS təhlükəsi ilə üzləşməsinə cəmi 24 km. qalır. Rusiya ordusu bir qədər də geri çəkilsə və Ukrayna Silahlı Qüvvələri irəliləsə, Krım atəş altına düşəcək.
«Bu silahların Krım sakinləri üçün ciddi təhlükə törətməsi ehtimalı azdır, lakin Ukrayna Silahlı Qüvvələri Krım ərazisindən Xerson vilayətinə gedən ən azı iki magistral yolu - E97 və T2202-ni atəşə tuta biləcək», - deyə rus hərbi ekspertləri bildirir.
Xerson vilayəti administrasiyası rəhbərinin müavini Kirill Stremousov da bu ehtimalı istisna etməyib. Onun fikrincə, Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində irəliləməsə də, hazırda burada müəyyən təhlükə yaradan son dərəcə böyük «düşmən qüvvələri» toplanıb və «Xerson uğrunda faktiki döyüş artıq başlanıb».
Paylaş: