Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin bir qrup (15 nəfər) əməkdaşı Naxçıvana səfər ediblər.
Ovqat.com-un məlumatına görə, qonaqlar bugün Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində və Naxçıvan MR Dövlət Baytarlıq Xidmətində olublar. Sabah isə Naxçıvan MR Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində olacaqlar.
Bildirilir ki, səfərin əsas məqsədi Naxçıvanda aqrar sənaye sahəsində vahid ixtsaslaşmış orqan yaradılmasıdır.
İddialara görə, ötən ilin fevralında da bölgəyə səfər edən heyət Naxçıvanda Qida Təhlükəsizliyi Agentliyinin yaradılması təklifini irəli sürsələr də Vasif Talıbov bu təklifi rədd etmiş və aqrar sahədə idarəçiliyin modernləşdirilməsinin qarşısını almışdır.
Əməkdaşlar bugün Naxçıvan MR Kənd Təsərrüfatı naziri Bəhruz Bayramov və Dövlət Baytarlıq Xidmətinin rəisi Vəli Novruzovla görüşüb və Respublika Baytarlıq Laboratoriyasına baxış keçiriblər.
Paylaş: