![](/templates/Wmediat51/images/vetendash.jpg)
Böyük Britaniyanın öz müdafiəsini gücləndirmək üçün kifayət qədər vəsaiti yoxdur.
Ovqat.com-un məlumatına görə, İngiltərənin “Sky News” xəbər kanalı ölkənin Müdafiə Nazirliyindəki mənbələrə istinadən bu barədə bildirib.
Xəbər verilir ki, Böyük Britaniya Maliyyə Nazirliyi Rusiyanın Ukraynanı işğalını davam etdirdiyi bir vaxtda təcili yenidən silahlanmaya ehtiyacını anlasa da, yetərli müdafiə fonduna deyil. Müdafiə mənbələrinin fikrincə, Britaniya Ukraynadakı müharibəyə cavab olaraq NATO üzvlərinin müdafiəsini gücləndirmək üçün alyans tərəfindən yaradılacaq yeni böyük qüvvə strukturuna istənilən qədər hərbi dəstək verə bilməyəcək.
Britaniyanın baş naziri Rişi Sunak da ordunun pisləşən islahat planlarını sürətləndirməyincə bunun dəyişməyəcəyini deyib.
Avropanın yüksək səviyyəli diplomatik mənbəsi də Böyük Britaniyanın "silah dislokasiyasında problemlə üzləşdiyini" təsdiqləyib.
Digər tərəfdən, NATO-nun keçmiş baş katibi Corc Robertson İngiltərə hökumətinin Moskva üçün yaratdığı təhlükəyə diqqət çəkərək, Sunakı "müharibə zamanının baş nazir kimi" davranmağa çağırıb.
Robertson açıqlamasında aşağıdakı ifadələrə yer verib:
“Baş nazir oyanmalı və başa düşməlidir ki, Rusiya prezidenti Vladimir Putin Qərbə müharibə elan edib, biz Qərbin iki nömrəli hərbi qüdrətiyik və indi üzləşdiyimiz çətinliyin öhdəsindən gəlməliyik”.
Məlumatda Böyük Britaniyanın Xarici İşlər Naziri Ceyms Kleverli vurğulayıb ki, Ukraynayanın özünü Rusiyaya qarşı qorumaq üçün silahlanmasına kömək etmək, sülhə aparan ən sürətli yoldur.
Britaniyanın müdafiə naziri Ben Uolles də deyib ki, Britaniya ordusu “öz həmcinslərindən geri qalır” və “daha çox investisiyaya ehtiyacı var”.
Paylaş: