Xəbər lenti


 

Məlum olduğu kimi, Ermənistan hökuməti bu ölkədən qovduğu azərbaycanlıların qayıtmasına imkan vermir və onların mədəni irsini dağıtmaqda davam edir. Ermənistan azərbaycanlıların öz evlərinə qayıtmasına hazırlıq məqsədilə üçün BMT-nin missiyasını və Azərbaycan mədəni irsinin vəziyyətinin qiymətləndirilməsi üçün UNESCO-nun fakt-araşdırıcı missiyasını qəbul etməkdən imtina edir. Bundan əlavə, Ermənistan hökuməti Qərbi Azərbaycan İcmasının dialoq çağırışlarına cavab vermir. 

 

Ovqat.com-un məlumatına görə, Qərbi Azərbaycan İcmasının bu gün yaydığı bəyanatda belə deyilir.

 

Bildirilir ki, rəsmi İrəvan bununla da kifayətlənmir, Azərbaycanın daxili işlərinə qarışmağa davam edir: “Ermənistan Xarici İşlər Nazirliyi bu gün Azərbaycana hansısa missiyanın göndərilməsinə dair çağırış edib və Azərbaycanı etnik təmizləmə aparmaq niyyətində olmaqda günahlandırıb.

 

Beynəlxalq hüquq normalarına, o cümlədən, ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşdığını dəfələrlə bəyan etmiş İcmamızın dialoq çağırışına cavab verməyən və öz ərazisində bir nəfər də olsun azərbaycanlı saxlamamış Ermənistan hökumətinin Azərbaycan tərəfinin etnik təmizləmə niyyətində olması kimi absurd iddia irəli sürməsi və insan hüquqlarından danışması ən mənfur riyakarlıqdır. Bütün bunlar Ermənistanın Azərbaycanafob siyasətini və Azərbaycana qarşı ərazi iddiasını bariz şəkildə göstərir.  

 

Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən beynəlxalq hüquqa və insan haqlarına zidd siyasətindən əl çəkməyi, ərazisindən çıxardığı azərbaycanlıların beynəlxalq verifikasiya və zəmanət mexanizmləri çərçivəsində öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarına şərait yaratmağı, bu məqsədlə BMT və UNESCO-nun missiyalarını qəbul etməyi tələb edir.

 

İcma həmçinin beynəlxalq ictimaiyyəti Ermənistanı beynəlxalq hüquqa zidd davranışlardan, o cümlədən, bizim qayıdış hüququmuza əngəl törətməkdən və Azərbaycana qarşı ərazi iddiasından çəkindirmək üçün bu ölkəyə ciddi təzyiqlər etməyə çağırır”. 

 




Ana səhifəyə qayıt        Baxış: 5 196          Tarix: 13-06-2023, 19:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma