Xəbər lenti
Dünən, 23:30
Dünən, 20:17
Dünən, 16:49
Dünən, 15:30
Dünən, 14:18
Dünən, 13:53
Dünən, 11:19
Dünən, 10:14
Dünən, 09:24
28-11-2024, 22:53
28-11-2024, 21:42
28-11-2024, 20:38
28-11-2024, 18:24
28-11-2024, 17:12
28-11-2024, 16:24
28-11-2024, 16:00
JewishPress.com, ABŞ 04.02.2021 Müəllif: Reyçl Abraham Məlum olduğu kimi, İsraillə ABŞ bir neçə il öncə UNESCO-nu tərk ediblər. Səbəb qurumun İsrailə qarşı qərəzli mövqeyi olub. UNESCO iudaizmin ikici böyük müqəddəs məkanı olan Patriarxlar mağarasını “işğal altındakı Fələstin ərazilərinin ayrılmaz hissəsi” kimi tanıyıb. İsrail təşkilatı məhz bundan sonra tərk edib. UNESCO iudaizmin ən müqəddəs məkanı olan Ağlama divarı daxil olmaqla, Rəhilə məqbərəsi və Məbəd dağının da yəhudilərlə əlaqəsini inkar edir. O zaman Təl-Əviv bəyan etmişdi ki, o, bu qurumda Donald Trampdan güclü İsrailpərəst mövqe tuta bilməyəcək. Məsələ ondadır ki, Donald Tramp təşkilatı məhz antiisrail mövqeyinə görə tərk etmişdi. Amma artıq ABŞ-ın yeni prezidenti var. Güman ki o, ölkəsini UNESCO-ya qaytaracaq. Doğrudur, təşkilat yəhudi dövlətinin gedişindən sonra daha sərt antiisrail mövqeyi tutmağa başlayıb. Odur ki, ortaya sual çıxır: İsrail necə davranmalıdır? Fələstin rəhbərliyi pandemiya dövründə İudeya və Samariyada yerləşən, tarixi Xasmoneylər dövrünə uzanan Tel Aroma qalasını təhqir edib. İsrailli fəal David Ha-İvrinin sözlərinə görə, UNESCO bu qalanı mədəni irs kimi qəbul etmir və onun qorunması üçün heç bir addım atmır. Əgər İsrail bu beynəlxalq təşkilatda qalsa idi, vəziyyət fərqli ola bilərdimi? Yeri gəlmişkən, Yaxın Şərq Hesabat və Təhlil Mərkəzinin icraçı direktoru, doktor Set Françman UNESCO ilə bağlı danışarkən deyib ki, “əgər hansısa təşkilat qərəzlidirsə, bunun öhdəsindən gəlməyin ən yaxşı yolu “daha mən oynamaq istəmirəm” demək və kənara çəkilmək deyil... Əksinə, təşkilatda öz rolunu genişləndirməyə çalışmalı, ümumi maraqlara əsaslanaraq, müttəfiqlər axtarılmalı, ölkənin etibarını gücləndirməlisən”. Maraqlıdır ki, İsrail UNESCO-nun qərəzli olduğunu iddia edən yeganə ölkə deyil. “İsraildə Azərbaycan Evi”nin rəhbəri, İsrail-Azərbaycan əlaqələri üzrə ixtisaslaşmış politoloq Arye Qut hesab edir ki, UNESCO Ermənistan rəhbərliyinin bir zamanlar Dağlıq Qarabağda donuz və mal-qara damına çevirdiyi Azərbaycan məscidlərinə də diqqət ayırmır: “Ermənistan Qarabağı işğalda saxladığı dövrdə orada 927 kitabxana, 60-dan çox məscid, 44 məbəd, 473 tarixi abidə, saray və muzeyi dağıdıb, həmçinin 40 mindən çox muzey eksponatını regiondan qeyri-qanuni olaraq çıxarıb. Lakin UNESCO buna adekvat cavab verməyib”. Arye Qut deyir ki, bu gün isə UNESCO rəhbərliyi də daxil olmaqla, bəziləri heç bir əsas olmadan Azərbaycanın azad etdiyi ərazilərdəki xristian abidələrinin taleyindən narahatlıq ifadə edir “Azərbaycan multikultural və tolerant ölkədir. Bu dövlətdə müsəlmanların yəhudilərin və xristianların mədəni və dini abidələri qorunur. Bir faktı bölüşmək istərdim: Heydər Əliyev Fondunun bu yaxınlarda Qəbələnin Nic kəndində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsini bərpa etməsi bunun bariz nümunəsidir”. A.Qut xatırladır ki, Ermənistanın Dağlıq Qarabağı işğal altında saxladığına dair bir sıra nəşrlər var: “Məsələn, 2007-ci ildə “Azərbaycana qarşı müharibə - mədəni irsə hücum” adlı kitab hazırlanıb və UNESCO-ya təqdim edilib. Bu kitabda ölkəmizin işğal edilmiş ərazilərində Ermənistan tərəfindən dağıdılmış mədəni və dini abidələrin siyahısı, onların qəsdən erməniləşdirilməsi, alban kilsələrinin erməni kilsələri kimi təqdim edilməsi barədə geniş məlumatlar yer alıb. Amma UNESCO buna da adekvat reaksiya verməyib”. A.Qut deyir ki, UNESCO və bəzi dövlətlərin Azərbaycanın qələbəsindən sonra missiya məsələsini qabartması onlarda bir sıra suallar doğurur: “UNESCO bölgəyə əvvəllər niyə missiya göndərmirdi? İşğal edilmiş Azərbaycan ərazilərində məscidlər dağıdılanda, orada donuz, inək saxlanılanda UNESCO niyə reaksiya vermirdi?”. “UNESCO-nun reaksiyasından belə təəssürat yaranır ki, sanki xristian abidələri müsəlman abidələrindən daha önəmlidir”, - deyə o əlavə edib: “Bu, onu göstərir ki, mənsubiyyətindən asılı olmayaraq bütün dini, mədəni abidələr qorunmalı olduğu bir halda, UNESCO və bəzi siyasi dairələr tərəfindən açıq-aşkar dini zəmində ayrı-seçkilik edilir. Bütün bunlar siyasi riyakarlığın və ikili standartların bariz nümunəsidir. Aydın şəkildə sezilir ki, Azərbaycanın əldə etdiyi zəfər nəticəsində regionumuzda yaranmış yeni reallıq bir çox siyasi dairələri narahat edir və onlar bununla barışa bilmirlər. Təəssüf doğuran haldır ki, UNESCO da ya məqsədli şəkildə, ya da bilməyərəkdən bu proseslərə cəlb olunub. Halbuki, o, hökumətlərarası təşkilatdır və öz fəaliyyətini mandatına uyğun olaraq obyektiv, qərəzsiz həyata keçirməlidir. UNESCO rəsmiləri vətəndaşı olduqları dövlətlərin milli gündəliyini önə çəkməklə məşğul olmamalı, təşkilat hansısa dövlətin siyasi təsir alətinə çevrilməməlidir. Bu, onun imicinə, müstəqilliyinə çox böyük zərbədir. Mədəni irsin qorunması ümumbəşəri öhdəlikdir və siyasi məqsədlər üçün istifadə olunmamalıdır. Azərbaycanın mövqeyi haqlı və davamlıdır. Yəni, Bakı dünən olduğu kimi, bu gün də UNESCO missiyasının təşkilinə qarşı çıxmır. Təhlükəsizlik şəraiti imkan verən zaman missiyanın mandatı və tərkibi Azərbaycanla UNESCO arasında razılaşdırılmalıdır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət olunmalıdır”. Amma onu da qeyd edək ki, Bakı UNESCO-nun bu qərəzli mövqeyinə görə təşkilatdan çıxmadığı düşünmür. Arye Qutun sözlərinə görə, hazırda Azərbaycan Mədəniyyət Nazirliyi Dağlıq Qarabağ regiondakı (beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanınır) mədəni abidələrin vəziyyəti ilə bağlı hesabat hazırlayır: “Bu abidələr Ermənistanın 28 illik işğalı dövründə tamamilə dağıdılıb”. Onun sözlərinə görə, hazırlanan məlumatlar UNESCO-ya təqdim ediləcək: “Ermənistan bu əməllərinə görə cavab verməlidir. İnsanlığa qarşı cinayət cəsasız qalmamalıdır. Qarabağ Azərbaycan torpağıdır və orada həyata keçirilən istənilən fəaliyyət Azərbaycanla razılaşdırılmalıdır. Əks halda bu, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı hörmətsizlik kimi qiymətləndiriləcək və buna adekvat reaksiya veriləcək. Ermənistan digər sahələrdə olduğu kimi, Azərbaycan xalqının bu torpaqlardakı izini silmək məqsədilə həyata keçirdiyi mədəni soyqırıma və terrora görə də cavab verməlidir”. Ortaya daha bir sual çıxır: bəs İsrail niyə bu cür davranmır? Yəhudi dövləti niyə yenidən UNESCO-ya üzv olmasın? Axı bu halda biz də hesabatlar hazırlaya, onların vasitəsilə Fələstin administrasiyasının İudeya və Samariyadakı mədəni irsə necə zərər vurduğu ifşa edə bilərik. Hər halda, Donald Tramp artıq prezident deyil. Güman ki, İsrailin UNESCO-ya qayıtmasının zamanı yetişib. Bu zaman İsrail təkcə Fələstin administrasiyasının təbliğat fəndlərinə reaksiya verməyəcək, həm də hücumlara məruz qalan mədəni irsinin müdafiəsini davam etdirə, bu istiqamətdə təşəbbüslər irəli sürə biləcək. (İngilis dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar