Vasif Talıbov dövründə Naxçıvanda fəaliyyət göstərən və bütün varidatı zorla əlindən alınan Türk iş adamı Əli Sərdar Oba keçmiş “xan”ı məhkəməyə verməyə hazırlaşır.
Ovqat.com-a bu barədə məlumatı iş adamının özü verib.
Onun sözlərinə görə, Azərbaycan Baş Prokurorluğuna bu barədə müraciət edib və qurumdan rəsmi şəkildə Vasif Talıbovu “məhkəməyə ver” razılığı alıb.
İş adamı iddiasının rəsmi dəlili kimi Baş Prokurorluqdan ona göndərilən məktuba istinad edir. Məktubda yazılır ki, iş adamının şikayətinə Baş Prokurorluğun İstintaq idarəsində baxılmış, Cinayət Məcəlləsinin 179 3.1, 308.2. 311 3.1, 311. 3.2, 311. 3. 3 və 311 3.4-cü maddələri ilə ibtidai istintaq aparılmış, 232006021 nömrəli cinayət işinə əlavə edilmişdir. İbtidai istintaq zamanı iş adamının müraciətindəki xüsusatların mülki xarakterli olduğu təsbit olunmuş və aidiyyəti üzrə birinci instansiya məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür.
Ali Sərdar Obanın iddiasına görə, Vasif Talıbov ona 13 milyon 700 min dollar borcludur. Baş Prokurorluqdan göndərilən məktubda isə dollar yanlışlıqla manat olaraq göstərilib.
Paylaş: